şənbə günü, 17 oktyabr 2026
     

Dini konfessiyalar birgə bəyanat yaydı - Ermənistan hakimiyyəti işğalçı siyasətinə dini don geyindirir...

Image


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandakı dini konfessiyalarla birgə bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda deyilir: "2020-ci ilin iyul ayından etibarən Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən, Azərbaycan-Ermənistan dövlət sərhədi məntəqələrində Ermənistanın həyata keçirdiyi son hərbi təxribatlar, habelə, işğalçı rejimin mülki əhalimizə və döyüş bölgələrindən uzaq məsafədə yerləşən şəhər və qəsəbələrimizə qarşı tətbiq etdiyi insanlığa qarşı hərbi cinayətləri və onun nəticələri barədə Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycandakı dini konfessiyalar tərəfindən dünya ictimaiyyətinə və dini liderlərinə, xarici ölkələrin dövlət orqanlarına və beynəlxalq təşkilatlara çoxsaylı məktub və müraciətlər ünvanlanmışdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dair dövlətimizin siyasətinə uyğun olaraq dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsi öz xətti və fəaliyyət istiqamətləri üzrə əməli iş aparmaqdadır. Qafqaz Müsəlmanları İdarəsi malik olduğu geniş beynəlxalq əlaqələrindən hər zaman Azərbaycanın haqq işinin həqiqətləri barədə geniş, əhatəli məlumatları dünya ictimaiyyətinə çatdırmaq üçün istifadə edir. QMİ sədri iştirak etdiyi bütün beynəlxalq forumların xitabət kürsüsündən Qarabağ probleminin ədalətli sülh yolu ilə həllinə dair mövqeyini ifadə edir.

QMİ sədri Azərbaycan xalqının dini lideri olaraq hər zaman münaqişənin ədalətli həllinin vacibliyinə və buna nail olmaq üçün sülhməramlı danışıqların zəruriliyə inam mövqeyindən çıxış edərək 1988-ci ildən, yəni Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlandığı tarixdən müxtəlif illərdə dini mərkəzlərin, nüfuzlu dini liderlərin vasitəçiliyi ilə - ələlxüsus, Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillin, Ümumgürcüstan Patriarxı II İliyanın ali vasitəçilikləri, Ümumdünya Kilsələr Şurasının himayəsi və Vatikan nümayəndələrinin də müşahidəçi iştirakı ilə ermənilərin dini liderləri ilə bir araya gəlmişdir. Müxtəlif illərdə İsveçrənin Montrö, Rusiyanın Rostov şəhərlərində, Tbilisidə, dəfələrlə Moskvada, Dünya Dini Liderlərinin I Sammiti zamanı Bakıda, MDB Dinlərarası Şurasının iclası zamanı İrəvanda erməni katolikosları ilə görüşləri qan tökülməsinin qarşısının alınmasına, ədalətli sülh üçün mənəvi zəmin hazırlanmasına xidmət etmək məramı daşımışdır. Görüşlərin nəticələrinə dair QMİ sədrinin erməni katolikosları – I Vazgen, I Qaregin, II Qaregin ilə imzaladığı birgə bəyanatlarda münaqişənin sülh yolu ilə həllinin vacibliyinə dair əminlik, xalqlarımızın dinc yanaşı yaşaması üçün zəminin hazırlanması, dini liderlərin bu işdə mənəvi rolu xüsusi təsbit olunmuşdur. Ən mühümü, birgə bəyanatlarda münaqişənin dinlərarası qarşıdurma səciyyəsi daşımadığı birmənalı şəkildə vurğulanmışdır. Bu vacib nəticə idi və sülhməramlı vasitəçilik missiyasında xüsusi əməyi olan Patriarx Kirill həzrətləri Azərbaycan və Ermənistan dini liderlərinə son müraciətində əldə olunmuş nəticələri qoruyub saxlamaq zərurətindən danışarkən, məhz bu məqamı xüsusi dəyərləndirmişdir.

Bu ilin iyulunda Tovuz istiqamətində Ermənistanın son təxribatları və sentyabrın 27-də hücum halları baş verəndən bəri Azərbaycanın məruz qaldığı yeni təcavüzün əsl mahiyyəti barədə QMİ əməkdaşlıq etdiyi bütün dünya dini mərkəzlərini, qurum və təsisatları məlumatladırmağı mənəvi vəzifə olaraq həyata keçirməkdədir. QMİ nəzdində 2017-ci ildən fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzi xəttilə dünyanın nüfuzlu dövlət, hökümət və mənəvi təsisatlarına yönləndirdiyimiz müraciətlər dünyanın yüzə yaxın dövlətini əhatə edir.

Qafqaz Müsəlmanları İdarəsi Vətən müharibəsinin ilk günlərindən Azərbaycan xalqına mənəvi dəstəyinin ifadə olunduğu Xalqa müraciətini bəyan etdi. Ardınca QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdəki dini konfessiyaların rəhbərləri ilə birgə Azərbaycan Prezidentinə ünvanlı həmrəylik müraciətini imzaladı. QMİ sədri Şeyxülislam A. Paşazadənin imzası ilə Vatikan dövlətinin rəhbəri, Roma Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Papa Fransisk həzrətlərinə, Rus Pravoslav Kilsəsinin başçısı, Moskva və bütün Rusiya Patriarxı Zati-müqəddəsləri Kiril həzrətlərinə, Ümumgürcüstan Katolikos-Patriarxı Zati-müqəddəsləri II İliya həzrətlərinə, Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanı cənab Ali Erbaşa, İran İslam Respublikasının Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri cənab Əli Əkbər Vilayətiyə, habelə beynəlxalq təşkilatların ünvanına - BMT Baş Katibi Antonio Quttereşə, ATƏT-in hazırda fəaliyyətdə olan sədri Edi Ramaya, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Yusif bin Əhməd Əl-Useyminə, İRSİKA-nın Baş direktoru Halit Erenə, Beynəlxalq İslam Üləmaları İttifaqının baş katibi Əli Muhyiddin Əl-Qaradağiyə (Qətər), Beynəlxalq İslam Xeyriyyə Fondunun idarə heyətinin sədri Abdullah Mətuq Əl-Mətuqa (Küveyt), İslam Aləmi Liqasının baş katibi Məhəmməd Əbdülkərim Əl-İssaya (Səudiyyə Ərəbistanı), Avropa-Türk İslam Birliyinin prezidenti Sərdar Çələbiyə göndərilən müraciətlər vasitəsilə dünyanın nüfuzlu şəxsləri Azərbaycan torpaqlarına qarşı son təcavüz aktlarının nəticələri barədə məlumatlandırılıblar.

Bunlarla yanaşı, QMİ və Bakı Beynəlxalq Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzinin fəaliyyət zəminində əməkdaşlıq etdiyi Əl-Əzhərin Şeyxi Əhməd Ət-Tayyib (Misir), Əfqanıstanın Həcc, İrşad və Vəqflər naziri Məhəmməd Qasem Həlimi, Seneqal Prezidentinin xüsusi müşaviri Şeyx Məhəmməd Mənsur Nias, Pakistan Dini işlər və dinlərarası harmoniya naziri Nurul-Haqq Qədri, Tunis Respublikasının sabiq prezidenti Məhəmməd Əl-Mərzuqi, Mərakeş Vəqflər naziri Əhməd Taufiq, Əlcəzair Ali Dini Şurasının sədri Buabdulla Qulamulla, Amerika Əsas Yəhudi Təşkilatları konqresinin vitse-prezidenti Malkolm Honlayn, ABŞ Simon Vesental mərkəzinin başçısı Abraham Kuper, ABŞ Yeshiva universiteti Sefardi araşdırmaları institutunun direktoru Eli Abadi, Beynəlxalq Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer, Yerusəlim baş sefardi ravvini Şlomo Amar, ABŞ Xristian liderləri Birliyinin prezidenti Conni Mur, Avropa ravvinlər kongresi idarə heyətinin üzvü Cenevrə ravvini İshak Dayan, Berlinin baş ravvini Yitshak Erenberq, Mərkəzi Asiya ölkələrinin dini liderləri, Şimali Qafqaz Respublikalarının müftiləri, Rusiya Federasiyanın bütün subyektlərinin mərkəzi dini idarə rəhbərləri və digərlərinə Azərbaycan torpaqlarına qarşı son təcavüz aktlarının nəticələri barədə ətraflı, müfəssəl məlumatların yer aldığı məktublar göndərilib. Dünya dini liderlərindən, nüfuzlu şəxsiyyətlərdən müraciətlərimizə cavab olaraq Azərbaycanın haqlı mübarizəsinə dəstəyin bilavasitə ifadə olunduğu məktublar daxil olmaqdadır.

Reallıq bundan ibarətdir ki, Ermənistan hakimiyyətinin öz işğalçı siyasətinə dini don geyindirmək cəhdləri həmişə olmuşdur və təəssüflər olsun ki, bu gün də gündəmə gətirilməkdə davam edir. Dini hisslərdən siyasi məqsədlər üçün sui-istifadə kimi olduqca təhlükəli meyli erməni tərəfi dini təəssübkeşlikdən dolayı dünya dövlətlətindən hərtərəfli dəstək almaq məramı ilə zaman-zaman məkrlə, riyakarcasına qabartmaqdadır. Məlum olduğu kimi, dünya birliyinə meydan oxuyan, beynəlxalq qanun və normalara məhəl qoymayan, Rusiyanın təşəbbüsü ilə əldə olunmuş atəşkəsi pozan Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni ağır raket silahı ilə atəşə tutaraq, dinc insanları, yaşayış evlərini, mülki obyektləri nişan alır. Ümumən, bugünədək 5-i uşaq olmaqla 42 dinc sakinimiz qətlə yetirilmişdir. Son təcavüz aktı zamanı Gəncədəki Rus Pravoslav Yeparxiyasına məxsus kilsəyə və müsəlmanlar üçün böyük mənəvi əhəmiyyət kəsb edən Gəncə İmamzadəsinə xəsarət yetirilmişdir. Bu reallıqların müqabilində erməni kilsəsi bütün dünyaya təxribat xarakterli yalan məlumat yayır ki, guya Azərbaycan tərəfi Şuşadakı xristian kilsəsini hədəfə götürmüşdür. Bu təxribat xarakterli məlumat Azərbaycanın rəsmi qurumları tərəfindən sübutlarla təkzib edilmişdir. Dini konfessiya rəhbərləri olaraq bildirməyi vacib sayırıq ki, Vətənimiz Azərbaycan ölkəmizin ərazisindəki bütün dinlərə məxsus abidələri, məscid, kilsə, sinaqoqları təmir, bərpa, inşa etdirən dövlətdir. Şuşa Azərbaycanın nadir incisidir və buradakı bütün mədəni-dini abidələri də qoruyub himayə edən bir dövlətə belə ittihamlar uyğun gəlmir. Bütün dünya Azərbaycan xalqının tolerantlığının, multikultural dəyərlərə ehtiramının, dövlət başçısı Zati-aliləri İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünyanın bəşəri əhəmiyyətli mədəni-mənəvi irs nümunələrinə diqqət və qayğısının əyani şahididir. Serbiyada müharibə zamanı dağılmış kilsə və məscidi təmir etdirən, Vatikanda katakombaları, Fransada kilsə vitrajlarını bərpa etdirən dövlət barəsində beynəlxalq rəydə xristian dini abidələrinə xələl gətirən ölkə imici formalaşdırmaq cəhdi məsələyə dini don geyindirməklə xristian-müsəlman qarşıdurması yaratmaq məqsədi güdür. Azərbaycan dövləti erməni kilsəsini paytaxt Bakının mərkəzində təmir edib qoruyur. Bakıda olarkən erməni Katolikosu şəxsən bu kilsəni ziyarət etdi, ibadət mərasimi və Azərbaycanda yaşayan ermənilərlə görüş keçirdi, kilsənin daxilində erməni dilindəki kitabların qorunduğu kitabxana ilə tanış oldu. Ermənistandan fərqli olaraq, Azərbaycanda Rus Pravoslav Kilsəsinin Yeparxiyası, rusdilli tədris, Slavyan Universiteti, pravoslav, katolik, alban-udi xristian dindarlar uçun bazar günü məktəbləri, habelə yəhudi tədris və mədəniyyət mərkəzləri mövcuddur. Ölkəmiz milli və dini azlıq nümayəndələrinin bütün vətəndaşlıq hüquqlarından yararlandığı, öz milli, dini adət-ənənələrini azad yaşatdıqları bir ölkədir və mədəniyyətlər, dinlər arasında dialoq və əməkdaşlıq məkanı kimi dünya miqyasında tanınır. Ermənistanın isə monoetnik dövlət olması, etnik təmizləmə həyata keçirməsi onun ksenofobiyaya meylli olduğunun təzahürüdür, qonşu torpaqlarına göz dikməsi, Xocalı soyqırımını törətməsi terrorçu xislətinin göstəricidir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində on minlərlə dini, mədəni abidələri məhv etməsi, mənşəyini saxtalaşdırması vandalizm mahiyyəti daşıyır, müsəlman mədəniyyəti nümunələrini məqsədyönlü məhv etməsi isə islamofobiyanı dövlət siyasəti olaraq həyata keçirməsinin sübutudur.

Azərbaycan xalqı sülhsevər xalqdır, heç vaxt özgə torpağında gözü olmayıbdır. Və bu gün Azərbaycan öz ərazilərində, öz torpaqlarını işğalçılardan təmizləyərkən, dövlət rəhbərinin siyasi iradəsinə, xalqının əzminə, öz ordusunun güc və qüdrətinə güvənir. Bizim haqq yolunda olmağımız bizə qüvvət verən mühüm amildir. Beynəlxalq birlik özünün tanıdığı ərazi bütövlüyümüzü bərpa etmək yönündə bizim beynəlxalq hüquq çərçivəsində hərəkət etdiyimizin fərqindədir. Bunu bizə daxil olan çoxsaylı dəstək məktublarında, həmrəylik zənglərində görürük. Bütün bizim haqq işimizə dəstək olan, ədaləti müdafiə edən ölkələrə, xalqlara, tanınmış insanlara ürəkdən minnətdarıq.

Biz, Azərbaycandakı bütün dini konfessiya rəhbərləri bir daha bəyan edirik ki, Vətənin haqq işi uğrunda birlikdəyik, həmrəyik və xalqımıza, dövlətimizə, dövlət başçımıza dəstək veririk. Bizim bir tələbimiz var - BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin erməni hərbi birləşmələri tərəfindən qeyd-şərtsiz azad olunmasına dair 4 qətnaməsinin yerinə yetirilməsi. Bütün səmavi dinlərin müqəddəs kitablarında ən ali dəyər hesab olunan insan həyatının xilası, qan tökülməsinin qarşısının alınması məramının vacibliyini rəhbər tutaraq dünya ictimaiyyətinə, dini liderlərə, dövlət rəhbərlərinə və beynəlxalq təşkilatlara müraciət edir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli üçün səylərini əsirgəməməyə çağırırıq.

Uca Allah bizi qorusun!"

Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski və Alban-udi icmasının rəhbəri Robert Mobili imzalayıb.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ