şənbə günü, 17 oktyabr 2026
     

Qarabağ məsələsində Tehranı neytral mövqe tutmağa sövq edən səbəblər elə onun özünə də zərbə vurmaqdadır…

Image


Cəbhə zonasında davam edən hərbi əməliyyatlar fonunda Azərbaycana dəstək verən ölkələrin sayı artdığı halda Ermənistanla vəziyyət fərqlidir. Bu kontekstdə maraq doğuran məsələlərdən biri də qonşu İranın mövqeyidir. İran indiyə qədər neytral mövqe nümayiş etdirməyə çalışır.

Amma bu, əslində İranın regionda maraqları ilə ziddiyyət təşkil edə bilər. Türkiyənin Sakarya Universitetinin Orta Şərq Araşdırmaları Mərkəzində İran üzrə mütəxəss Mustafa Caner “Anadolu” agentliyində dərc edilən təhlilində bu xüsusda qeyd edir ki, İran daha konkret mövqe sərgiləməlidir: “27 sentyabrda Ermənistanın həyata keçirdiyi hücum və ardınca başlayan toqquşmalar təqribən 30 ildir davam edən Qarabağ və ətraf ərazilərin işğalı məsələsini yeni bir səviyyəyə qaldırıb. Bu prosesdə Azərbyacanın Füzuli və Cəbrayıl rayonlarını azad etmək kimi önəmli uğurları olduğu halda, işğalı davam etdirməkdə israr edən zəif Ermənistanın ehtiyac duyduğu xarici dəstək də önəmli bir amil olaraq qarşımıza çıxmış durumdadır.

Rusiya, Ermənistan baş naziri Nikol Paşinyanla “qan uyuşmazlığı” yaşamasına baxmayaraq, bölgənin Azərbaycan tərəfindən tamamilə azad edilməsini arzulamadığını İrəvana hərbi təchizat dəstəyi verməsilə göstərdi. Lakin Moskva bu müddətdə faktiki hərbi müdaxilə etməkdən qaçdı. Əlbəttə, Rusiyanın problemdə aktiv tərəf olmasını əngəlləyən bir sıra səbəblər var. Məsələn, Ermənistanın mütəmadi olaraq Azərbaycan şəhərlərini hədəfə almasına rəğmən, Azərbaycan ordusunun buna bənzər bir fəaliyyətdən yayınması Rusiyanın KTMT çərçivəsində faktiki müdaxiləsini indiyədək önləyib. Burada Moskvanın, dəstək vermədiyi halda İrəvana yaşana biləcəklərin göstərilərək “tərbiyəetmə” yoluna getdiyi də söylənə bilər. Rusiyanın tutumu ilə birlikdə, rus təchizatının Ermənistana çatdırılması marşurutunda kilid rolu oynayan İranın bu güc balansındakı mövqeyi də son dərəcə önəmlidir.

Tehranın Qarabağ məsələsilə bağlı yaşadığı böhranın anlaşıla bilməsi üçün İranın daxili və xarici siyasət balanslarının birlikdə oxunması və əlbəttə, geopolitik şərtlərin diqtə etdiyi siyasi mövqelərin də nəzərə alınması şərtdir. Tehran bölgənin önəmli aktorlarının başında gəlir və Azərbaycan, Ermənistan və Türkiyə ilə qonşu olduğuna görə də Qarabağ məsələsi İranı birbaşa maraqlandırır. Digər tərəfdən, İran-Rusiya əlaqələri də bu balansın önəmli ünsürlərindən biri sayıla bilər. Əslində, Qarabağ probleminin başlanğıcından bu yana İranın mövqeyi, demək olar ki, dəyişməyib. Bu mövqe “tərəfsizlik” və “vasitəçilik” anlayışları ətrafında formalaşıb. İranın xarici siyasətində Qafqazın Orta Şərq qədər yer tutmadığı bir həqiqətdir. Tehran üçün bu bölgə heç bir zaman Suriya və ya İraq qədər önəm kəsb etməyib. Bu durumun səbəbləri arasında ABŞ və sanksiyaların təzyiqinin Tehranın xarici siyasət açılımlarını məhdudlaşdırmasını və Rusiyanın bölgədəki nüfuzunu qeyd etmək olar. Bütün bunlarla birlikdə, bu torpaqlar XIX əsrin əvvəllərinədək bugünkü Gürcüstanın cənubu ilə Ermənistan və Azərbaycan torpaqlarını əlində tutan İranın tarixi və mədəni yaddaşı baxımından önəmsiz hesab edilə bilməz. SSRİ-nin dağılmasından sonra bölgədə yaranan güc boşluğu İranın da artıq Qafqaza yönələ biləcəyi anlamına gəlmiş və dövrün Rəfsəncani hökuməti 1990-cı illərin əvvəllərində müxtəlif təşəbbüslər göstərərək, bu yöndə addımlar atmışdı. Əlbəttə, Xəzər dənizinin ticarət baxımından strateji önəm daşıması və orada yer alan enerji mənbələri də İranın bölgəyə yönəlik marağını bəsləmişdi. Elə Qarabağ və ətrafındakı 7 rayonun işğalına da İran bu çərçivədə yanaşaraq, vasitəçilik fəaliyyətlərilə öz təsirini artırmağa çalışıb, bu səbəblə də Ermənistanı və ya Azərbaycanı açıq dəstəkləməkdən imtina edib.

İran bölgədə sabitliyin pozulmasının və ehtimal olunan sərhəd dəyişikliklərinin Xəzərdəki hesablarına mənfi təsir edəcəyini və əlbəttə, öz sərhəd təhlükəsizliyini təhdid edəcəyini düşünüb. Bu çərçivədə, İranın yanaşmasına “real politik” və praqmatik hesabların yön verdiyi söylənə bilər. Əks təqdirdə, bütün digər hüquqi səbəblərə əlavə olaraq, İran məzhəb yaxınlığının da olduğu Azərbaycanın yanında olmalı idi. Yaxşı, bəs İranın sözdə tərəfsiz olması reallığı nə qədər əks etdirir? İran şifahi şəkildə tərəfsiz olduğunu, beynəlxalq hüquqa riayət etdiyini və son günlərdə ölkə daxilində artan gərginliyin təsirilə Azərbaycanın ərazi bütövlüyünü nə qədər vurğulasa da, döyüşlərin ilk günlərində Rusiyanın həm qurudan, həm də havadan Ermənistana dəstək verməsinə səs çıxarmadı. Xəzər dənizi və ardınca Bəndər Ənzəli-Norduz sərhəd qapısı xəttindən Ermənistana hərbi təchizat çatdırılması həm daxildə, həm də xaricdə İrana yönəlik tənqidlərin artmasına səbəb oldu. Xüsusilə Təbriz, Ərdəbil və Tehran kimi şəhərlərdə İran türkləri etiraz nümayişləri keçirdilər. İran daxilində artan narazılıq rəsmi şəxslərin açıqlamalarının tonu və məzmununa da təsir etdi. Etirazlardan sonra vəzifəli şəxslər daha açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiklərini söylədilər, Norduz sərhəd qapısından artıq təchizatın keçmədiyinə dair proqramlar yayıldı və Ali dini lider Seyid Əli Xamneyinin Təbriz, Ərdəbil, Zəncan və Urmiyə vilayətlərindəki təmsilçiləri Qarabağın Azərbaycan və islam torpağı olduğuna dair bir bəyanat yaydılar. Çox keçmədən, bu bəyanatı yayanlar ölkə daxilində sərt şəkildə tənqid edilməyə başlandı və müxtəlif KİV-lərdə İranın milli maraqlarına ən uyğun olan mövqenin Ermənistana dəstək vermək, ya da, ən azı, tərəfsizliyi qoruyub saxlamaq olduğu haqqında yazılar yazıldı. Yəni İranın daxili ictimai rəyi də rəsmi şəxslərin yaşadığı dilemmanı yaşamaqdadır.

Tənqidlərin öndə gələn əsasları arasında Türkiyənin bölgədə artan təsirinin yer alması da gözdən qaçmır. Türkiyə-Azərbaycan birliyi bölgədəki balansı yenidən qurma potensialı daşıdığından, İranı qayğıya sövq edir. Bu durum həmin KİV-lərdə açıqca ifadə edilməklə qalmadı, üstəlik, Türkiyənin Suriyadan “cihadçı” qrupları Qarabağa savaşmağa göndərməsi kimi əsassız iddialar da İran mediasında sıxlıqla yer aldı. Heç bir sübutu olmayan bu iddianın ad çəkilmədən İran Prezidenti Ruhani tərəfindən də gündəliyə gətirilməsi İranın Türkiyənin bölgədə artan rolundan duyduğu narahatlığın ən açıq ifadəsidir. İranın sərhəd qapılarından və hava sahəsindən Ermənistana yardımın getməsinə razılıq verilməsi, əslində, Tehranın çox da könüllü olduğu bir məsələ olaraq qəbul edilməməlidir. Hazırda İranın Rusiyaya “yox” demək imkanı yoxdur. İran BMT TŞ tərəfindən müzakirə olunan beynəlxalq silah embarqosu və nüvə sahəsindəki fəaliyyətlərilə bağlı geri gətirilməsi təklif edilən sanksiyalar (snapback sanctions) məsələsində Rusiyanın veto hüququndan asılı durumdadır. Başqa sözlə, İran ABŞ-ın BMT vasitəsilə etdiyi təzyiqi Rusiya ilə balanslaşdırmaqdadır.  Digər tərəfdən, İran özü üçün həyati önəm kəsb edən Əsəd rejiminin yıxılmaması üçün də Rusiyanın hərbi varlığından asılı durumdadır. 2015-ci ildən bu yana faktiki Suriyada olan Rusiya meydanda ipləri elə əlinə alıb ki, İranın Suriyadakı gücündən istifadə imkanı kifayət qədər məhdudlaşdırılmış durumdadır. İranın hərbi anlaşmalar və silah alması səbəbilə də Rusiya ilə əlaqələrini pozmağı gözə ala bilmədiyi söylənə bilər. Durum belə olunca, İran xaricdən Rusiya, daxildən də türk əhalisinin təzyiqi arasında sıxışıb qalmış durumdadır. Yeganə çıxış yolunun İranın çevik bir ictimaiyyətlə əlaqələr praktikasından istifadə edərək, bu prosesi ötüşdürməsi olduğu anlaşılır. İrandakı erməni varlığının bu ölkənin Ermənistan siyasətinə təsir etdiyi nəzərə alınmaqla birlikdə, İran əhalisinin, ən azı, 40%-ni türklərin təşkil etdiyi də gözdən qaçırılmamalıdır. Beynəlxalq hüquq baxımından Azərbaycan haqlı olsa da, İran Ermənistanı qarşısına almamağa çalışır. ABŞ və Fransada önəmli nüfuzu olan erməni diasporası ilə əlaqələrini yaxşı saxlaması da İran üçün son dərəcə önəmlidir. Erməni lobbisinin bu ölkələrin siyasətinə olan təsirləri məlumdur. Bu səbəblə Tehran, başda sanksiyalar olmaqla, müxtəlif xarici təzyiqlərə qarşı erməni lobbisini özünə meydan açacaq bir mexanizm olaraq görür. Ayrıca, İranda təqribən 200 min erməninin yaşaması da Tehran üçün addımlarını atarkən diqqət etməli olduğu digər bir səbəb sayılmalıdır. Bu kəsimin, xüsusilə ticarət fəaliyyətilə məşğul olması onların İran iqtisadiyyatı baxımından da önəmli olduqlarını göstərir. Tehran Ermənistan və erməni əhalisilə bağlı daim həssas olub. Hətta İsfahan şəhərində qondarma “erməni soyqırımı” abidəsi belə var.

Qeyd edildiyi kimi, İrandakı erməni varlığının bu ölkənin Ermənistan siyasətinə təsir etdiyi nəzərə alınmaqla birlikdə, İran əhalisinin, ən azı, 40%-ini türklərin təşkil etdiyi də gözdən qaçırılmamalıdır. Türklər İranın köklü ünsürüdür. İranda, ən azı, 35 milyon adam türkcə danışmaqdadır. Və Qarabağda gedən döyüşlər İran türklərinə duyğusal olaraq ciddi şəkildə təsir etməkdədir. Azərbaycan və İran türkləri arasında sıx mədəni və tarixi bağlar mövcuddur. Sərhədə yaxın bölgələrdə bu bağlara qohumluq bağları da əlavə olunmaqdadır. İran hakimiyyəti üçün bu nöqtədə balansı tapmaq çox önəmlidir. Bir yandan Azərbaycan və İran türklərinin ehtimal olunan – mümkün siyasi birliyinin əngəllənməsi hədəflənərkən (ayırma), digər yandan artan narazılıq qarşısında Tehranın Azərbaycan türklərilə yaxınlığı və onlara dəstəyi vurğulanmaqdadır (birləşdirmə). İlk baxışda təzadlı görünən bu ikili yanaşma, əslində, həm İranın diplomatik çevikliyini, həm də problemə, bu çeviklik istisna olmaqla, təsir edə biləcək vasitələrdən məhrum olduğunu gözlər önünə sərməkdədir”.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ