26/10/2020 01:43
728 x 90

Ermənistan əsgərləri döyüşə narkotiklərin təsiri altında göndərilir…

Aytəkin Kamranqızı: “Ermənistan ordusu artıq çökmüş vəziyyətdədir”

img

Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdən əldə etdiyimiz görüntülər Ermənistan ordusundakı dəhşətli vəziyyəti təsdiqləyir. Belə ki, Ermənistan ordusunda əsgər və zabitlər kütləvi şəkildə müxtəlif növ narkotik vasitələrdən istifadə edirlər.

Kadrlarda göründüyü kimi, erməni əsgər və zabitləri istifadə etdikləri külli miqdarda narkotik vasitəni qoyaraq qaçıblar. Erməni hərbçilərinin marixuana, heroin, metamfetamin, tiryək və başqa psixotrop maddələrdən öz kazarmalarında açıq-aşkar istifadə etdikləri görünür. Kibrit qutularında, hərbi çantalarda hər əsgər üçün ayrıca ayrılan narkotik maddəni görmək mümkündür. Hətta otaqların birində narkotikdən istifadə üçün lazım olan iynələr də tapılıb.

Qeyd edək ki, Ermənistan ordusundakı nizam-intizamsızlıq, kütləvi davalar, əsgər və zabitlərin bir-birini qətlə yetirməsi, həmçinin, kütləvi şəkildə narkotik vasitələrdən istifadə olunması halları barədə mediada dəfələrlə yazılıb.

Ermənistan ordusunda xidmət edən hərbçilərin narkotikdən istifadə etməsi danılmaz bir gerçəklikdir.

  • “…döyüşmək istəyənlərin sayı az olduğu üçün onlar narkotik istifadəçisini döyüşə yollayırlar

Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, Ermənistan ordusu artıq çökmüş vəziyyətdədir: “İşğalçı ölkənin rəhbərliyi orduda döyüşmək üçün əsgər tapmaqda çətinlik çəkir. Sosial şəbəkələrdə müşahidə etdiyimiz zaman Ermənistan ordusunda xidmət edənlərin yaşlı, xəstə olmasını görürük. Çarəsiz vəziyyətdə qalan Ermənistan rəhbərliyi döyüşə xəstə insanları göndərmək məcburiyyətində qalıb. Hətta bir neçə gün əvvəl bunu təsdiqləyən faktlar da yayıldı. Belə ki, Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni əsgərlərinin sənədləri əsasında Ermənistanın e-səhiyyə sistemində araşdırma aparılarkən orduya yararsız, xəstəliyi olan daha beş nəfərin cəbhəyə göndərildiyi məlum olub. Təxminən onlardan ikisi narkotik aludəçisi idi. Hətta hərbi həkim komissiyası bu şəxslərə narkotikdən asılılıq diaqnozunu qoymuşdu”.

Həmsöhbətimiz hesab edir ki, təcavüzkar ölkənin ordusunda döyüşmək istəyənlərin sayı az olduğu üçün onlar narkotik istifadəçisini döyüşə yollayırlar.

Günel CƏLİLOVA

Son xəbərlər