“Uğurlu siyasətinizi və Azərbaycan üçün etdiklərinizi yüksək qiymətləndiririk. Düşmənlərimizə qarşı şiddətli döyüşlərdə ordumuza zəfər, xalqın gücü ilə yüksələrək apardığınız mübarizədə Sizə cansağlığı, uzun ömür və yeni qələbələr arzulayıram.
Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycana! Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycanın qalib Prezidenti İlham Əliyevə! Eşq olsun igid, qəhrəman Azərbaycan əsgərinə!” Bu fikirləri Rusiya Federasiyasının Moskva şəhərindən soydaşımız Vaqif Həsənov Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com