Türkiyə Respublikasının İstanbul şəhərindən İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin professoru Haluk Tanrıverdi də Prezident İlham Əliyevə müraciət edib.
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi, “Biz bir millət, iki dövlətik!” Ona görə də Türkiyə Respublikasının hər bir vətəndaşının Can Azərbaycanımıza qarşı sarsılmaz, əbədi qardaşlıq duyğuları vardır.
...Bu günlərdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda həyata keçirdiyiniz yüksək milli və mənəvi dəyərlərə əsaslanan siyasətiniz yalnız Azərbaycanda yaşayan qardaşlarımızı deyil, eyni zamanda, bizləri də həyəcanlandırmaqda və qürurlandırmaqdadır. Doğma Vətəninizin və millətinizin bütövlüyü naminə sərgilədiyiniz liderlik məharəti qəhrəman Ordunuza və can qardaşlarımıza böyük güc verir. Buna görə biz də arzulayırıq ki, Sizin liderliyinizlə qəhrəman Azərbaycan Ordusunun və xalqının həmrəyliyi nəticəsində işğal edilmiş torpaqlarınız və Dağlıq Qarabağ əraziləri düşmən tapdağından azad edilsin. Biz buna ürəkdən inanırıq”.
Professor qeyd edir ki, Türkiyənin hər bir vətəndaşı kimi, onun da qəlbi Azərbayanla, Azərbaycan Prezidenti ilə birlikdə döyünür. “Bütün varlığımızla yanınızdayıq.
Sizə, qəhrəman Azərbaycan Ordusuna uğurlar, qardaş xalqımıza xoşbəxtlik, sağlamlıq arzulayıram” - deyə Haluk Tanrıverdi Prezident İlham Əliyevə müraciətində vurğulayır.
Baki-xeber.com