“Şəxsən öz adımdan və həmkarlarım adından Sizə Azərbaycan dövlətinin quruculuğu və möhkəmlənməsi naminə apardığınız işlərə görə dərin minnətdarlığımı bildirirəm. Müasir Azərbaycan postsovet məkanında güclü, inkişaf etmiş, nüfuzlu və ən uğurlu dövlətlərdən biridir. Mən bir tarixçi-alim və beynəlxalq münasibətlər üzrə mütəxəssis kimi, Sizin ölkənizə və xalqınıza böyük hörmət bəsləyirəm. Sizin atanız öz dövrünün dərin zəkalı və çox savadlı siyasətçilərindən biri olub. O, bu keyfiyyətləri müstəqil Azərbaycanın Prezidenti vəzifəsində tam olaraq həyata keçirib. Prezident Heydər Əliyevin həyatdan vaxtsız köçməsindən sonra onun siyasi kursunun davam etdirilməsinə, ölkənin bundan sonrakı inkişafının və tərəqqisinin təmin edilməsinə nail olundu.
Əfsuslar olsun, mənə hələ ki, arzumu həyata keçirmək və Azərbaycana səfər etmək nəsib olmayıb. Mən bu arzumu mütləq yerinə yetirəcəyəm. Lakin mənim azərbaycanlılarla, xüsusən də Rusiyada təhsil alan gənc tələbələrlə ünsiyyətdə olmaq təcrübəm daim müsbət xarakter daşıyıb. Bu insanlar bilikli, vicdanlı, savadlı, öz ölkələrinin adına layiq insanlardır. Mən müasir tarix və beynəlxalq münasibətlər üzrə öz mühazirələrimdə müasir dövrün düzgün və düşünülmüş siyasət aparan ən uğurlu dövlətlərindən biri kimi Azərbaycana daim böyük diqqət ayırıram.
Bu mürəkkəb dövrdə Sizə və Sizin ailənizə xoşbəxtlik, möhkəm güc və cansağlığı, ölkənizə sülh və tərəqqi arzulayıram”. Bu fikirləri Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən Yevgeni Morozov Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com