Türkiyə Respublikasın;n İzmir şəhərindən Türkmən Həkimləri Dərnəyinin sədri Muxtar Fatih Beydili Prezident İlham Əliyevə müraciət edib:
“Siz dünyanın ən savadlı, ən vətənpərvər və uzaqgörən dövlət başçısısınız. Mən Sizə dünyadakı bütün türkmənlərin, həmçinin Hələbdə İmadəddin Nəsiminin nəvələri adından təşəkkür edirəm. Sizin rəhbərliyinizlə ordumuzun apardığı uğurlu əməliyyatlar nəticəsində torpaqlarımızın müəyyən bir hissəsi işğaldan azad olunub. Bu münasibətlə Sizi və xalqımızı təbrik edirəm.
...Biz Sizinlə fəxr edirik. İnanırıq ki, rəşadətli ordumuz Sizin rəhbərliyinizlə tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcək. Sizə cansağlığı arzu edirik.
... Sizin və qəhrəman ordunuzun qələbə çalması üçün dualar edirik. Allah Ordumuzu qorusun. Sizi və bütün türk millətini qorusun. Türkün türkdən başqa dostu yoxdur”.
Bütün dünya türkləri həmişə Prezident İlham Əliyevin yanında olduğunu qeyd edən Muxtar Fatih Beydili bildirir ki, Allah Prezidenti və can Azərbaycanın xalqını qorusun. “Xalq Sizinlədir və zəfər də Sizinlədir. Biz də Sizlərlə çiyin-çiyinə dayanmışıq.
Sizin rəhbərliyinizlə Azərbaycan bu gün dünyada daha layiqli və nüfuzlu yer tutur. Ölkənin uğurlu iqtisadi inkişafında, yüksək mənəvi-əxlaqi ab-havanın qorunub saxlanılmasında, mədəniyyət, elm və təhsilin hərtərəfli inkişafında quruculuq enerjisi ilə aşıb-daşan, nəzərdə tutulan planların həyata keçməsinə ardıcıllıqla və qətiyyətlə nail olan bir lider kimi Sizin şəxsi xidmətləriniz böyükdür. Siz fədakarcasına Azərbaycan xalqının xoşbəxtliyinin və rifahının qayğısına qalırsınız.
Sizə möhkəm cansağlığı, bütün planlarınızın müvəffəqiyyətlə həyata keçməsini arzulayırıq.
Qoy, Sizin səyləriniz Azərbaycan Respublikasının rifahı və xalqlarımızın dostluğu naminə bundan sonra da öz gözəl bəhrələrini versin. Zəfər xəbərlərini gözləyirik” - deyə Muxtar Fatih Beydili müraciətində vurğulayır.
Baki-xeber.com