“İllərdir qanayan yaramız olan Dağlıq Qarabağın erməni işğalından azad olunmasına başlanılması ürəyimizə su səpdi. Sentyabrın 27-də erməni hücumundan sonra başlanan müharibədə Türkiyə xalqı olaraq Azərbaycanla tək ürək olduq. Allah Azərbaycanı müzəffər etsin. Bu müqəddəs yolunuz mübarək olsun. Azərbaycanın sevinci bizim sevincimizdir, Azərbaycanın kədəri bizim kədərimizdir. Azərbaycanın zəfəri bizim zəfərimizdir. Azərbaycan Ordusunun zəfərlə irəliləməsini hər gün xəbərlərdən izləyirəm. Haqsız, zalım, ikiüzlü, vicdansız erməni terrorist dövlətinin ordusunun yerlə-yeksan olduğunu, onların Azərbaycan əsgəri qarşısında duruş gətirə bilməyərək qaçdıqlarını görmək bizə çox xoş gəlir. Mənim 40 yaşım var. İmkan olarsa, qardaş Azərbaycanın qəhrəman əsgərləri ilə bir cəbhədə vuruşmaq, erməni terroristləri məhv etmək istərdim.
Dualarımız Sizinlə, qəlbimiz Sizinlədir, cənab Prezident. Gərək olarsa bu yolda canımızı da verərik. Allah yar və yardımçınız olsun.
Zəfər Azərbaycanındır. Qarabağ Azərbaycandır!”
Bu sözləri Türkiyə Respublikasının İstanbul şəhərindən Mesut Karagöz Prezident İlham Əliyevə məktubunda yazıb.
Baki-xeber.com