Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən Dursun Balakişiyeva Prezident İlham Əliyevə məktub yazıb:
“Bir Milli Qəhrəman anası olaraq Sizin cəsarətiniz qarşısında baş əyirəm. Çünki sayənizdə oğlumun şəhid olduğu doğma yurdum Hadrut qəsəbəsi düşməndən alındı. İnşallah, bütün Qarabağımız düşmən işğalından azad olunacaq və qələbə bayrağımız tezliklə Şuşada, Laçında dalğalanacaq.
Şəhidlərimizin qanını birə-beş aldığınız üçün xalqımız Sizin heykəlinizi qoyacaq.
Sizə, xalqımıza güc, cəsarət və uğurlar arzulayıram.
Allah Sizi və xalqımızı qorusun!”
Baki-xeber.com