şənbə günü, 17 oktyabr 2026
     

Azərbaycan Ermənistana daha sərt zərbələr vurmağa hazırlaşır – Bakının yeni müharibə taktikası Pentaqonun da diqqətini çəkdi

Image


Ermənistan təxribatlarından sonra cəbhədə başlanan hərbi əməliyyatlar düşmənin böyük hərbi itkilər verməsi ilə müşayiət edilir. Azərbaycan işğalçı üzərində hərtərəfli üstünlüyə malik olduğunu hər gün əldə etdiyi yeni zəfərlərlə bir daha təsdiqləmiş olur. Hesab edilir ki, əməliyyatların gedişi Ermənistanı bundan sonra daha acı məğlubiyyətlərə düçar edəcək.

  • Dronlar ermənilərin kabusuna çevrilib

Azərbaycan ordusunun hərbi əməliyyatların gedişində böyük uğurla istifadə etdiyi silahlar sırasında dronlar xüsusi yer tutur. Düşmən hərbi texnikası və canlı qüvvəsinin sıradan çıxarılmasında döyüş dronları müstəsna əhəmiyyət kəsb edir. Ermənistan artıq bundan ciddi zərər görüb. Elə Prezident İlham Əliyev də “France 24” televiziya kanalına müsahibəsində Türkiyə istehsalı olan dronların döyüşə cəlbi ilə bağlı sualı cavablandırarkən bu xüsusda maraqlı açıqlamalar verib: “Əlbəttə, onlar çox müasir, inkişaf etmiş silahlardır. Sizə deyə bilərəm ki, təkcə Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik, yalnız dronlar vasitəsilə. Əlbəttə, bildiyiniz kimi, biz başqa mənbələrdən olan dronlardan da istifadə edirik. Biz artilleriyadan istifadə edirik, geniş çeşiddə hərbi avadanlıqdan istifadə edirik. Lakin təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub. Bu onlar üçün ciddi ziyandır. Mənə maraqlıdır, onlar bütün bu avadanlığı almaq üçün bu qədər pulu haradan tapıblar, çox güman ki, onu pulsuz əldə ediblər”.

Azərbaycanın dron təcrübəsindən ustalıqla istifadə etməsi artıq ölkə sərhədlərindən kənarda da diqqətlə izlənilir. Hətta mediada bu xüsusda maraqlı məlumatlar da yayılmaqdadır. Belə ki, Azərbaycanın kamikadze-dronlar tətbiq edərək düşmənin canlı qüvvəsini və texnikasını məhv etməsi yeni müharibə taktikası kimi Pentaqonda da təhlil edilir. Digər bir məlumata əsasən, Hindistan hərbi mütəxəssisləri də Qarabağda gedən  döyüşləri diqqətlə izləyib təhlil etməkdədir. Məsələ burasındadır ki, Hindistan Çinlə həmsərhəd mübahisəli Şərqi Ladakx yüksək dağlıq regionunda tanklarla gücləndirilmiş kifayət qədər güclü ordu qruplaşması yerləşdirib. Həmin regionda Çin ordusunun yüngül “Type15” tanklarına qarşı Hindistan ordusunun T-72 və T-90 tankları dayanıb. Lakin indi Qarabağda gedən döyüşləri izləyəndə hindistanlı hərbi ekspertlər deyirlər ki, belə landşaft şərtlərində tanklar havadan ilk növbədə pilotsuz təyyarələr üçün əlçatan hədəfə çevrilir. Hindistanın Şimal ordusunun keçmiş komandanı, general-leytenant D.Xuda qeyd edir ki, Dağlıq Qarabağda tankların tətbiq edilməsi şərtləri Ladakxdakı şərtlərə oxşayır: “Azərbaycan hərbçiləri həm müşahidə, həm də hücum üçün çoxsaylı dronlar istifadə edir. Bunlar həm də dron-kamikadzelərdir. Onlar, sadəcə olaraq, döyüş meydanı üzərində fırlanır, hədəfi müəyyən edir, məsələn tankı və ona yuxarıdan hücum edərək məhv edir. Azərbaycan qoşunları Türkiyə və İsrail pilotsuz uçuş aparatlarından istifadə edir, son illərdə bu ölkə çoxsaylı dronlar alıb”. Hindistan generalı qeyd edib ki, zərbə və kəşfiyyat dronlarının kütləvi tətbiq edilməsi zamanı tankların rolu daha az nəzərə çarpır. İstənilən tank, hətta ən müasir tank güclü havadan müdafiə sistemi qurulmadan açıq hədəfə çevrilir. General hesab edir ki, bu münaqişə gələcək müharibələrdə tankların roluna dair suallar yaradır. Ona görə də Hindistan ordusunun tank bölmələri Qarabağda gedən döyüşlərin formatından dərs çıxarmalıdır.

İndi Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovhannisyan da etiraf edir ki, Azərbaycan dronları qarşısında acizdirlər: “Dünyada heç kim dronlara qarşı tam müdafiəni təmin edəcək bir vasitəyə malik olmağı bacarmayıb.  Bu silahlara qarşı qızıl həll yoxdur, kompleks həllərin ümumiliyi - vuran, aşkar edən, mübarizə aparan, təzyiq göstərən tədbirlərin ümumiliyi tətbiq olunmalıdır. Müasir müharibələrdə PUA-lar ən çox baş ağrısı olan silah növlərindədir”. Görünür, düşmən təslim olmayana qədər, Azərbaycanın digər silahları kimi, dronlar da ermənilərin kabusu olmaqda davam edəcək.

  • Paşinyandan narazılıq artır, silahlı qüvvələr döyüşdən imtina edir

Azərbaycan ordusunun uğurlu əməliyyatları Ermənistanın canlı qüvvə sarıdan da itkilərini sürətlə artırır. Yaranmış vəziyyətdən çıxış yolu kimi Ermənistanda ümumu səfərbərlik elan edilsə də, bu hansısa ciddi nəticəyə gətirib çıxarmayıb. Əksinə, görünən budur ki, erməni ordusu çox ciddi insan resursu çatışmazlığı yaşayır.

Bu vəziyyət hazırda erməni cəmiyyətində ciddi narazlığa rəvac verib. Böyük itkilər fonunda ermənilər Azərbaycan ərazilərinə döyüşə gəlməkdən imtina edir. Bura, hətta Silahlı Qüvvələr də daxildir. Məsələn, ölkənin Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağa cəbhə bölgəsinə yollanmaqdan imtina edib. Nəticədə yüzlərlə şəxsə cinayət işi açılıb, həbs olunanlar, işgəncəyə məruz qalanlar olub. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl xidmətin rəhbəri, vəzifədə 4 ay işləmiş 29 yaşlı Argişti Kərəmyanı vəzifədən azad edib. Döyüş əməliyyatları başlayandan Ermənistanın ordu sıralarında 3 minədək fərari aşkar edilib. Cəbhə bölgəsində ard-arda itkilər verən Ermənistan artıq döyüşlərə birinci Qarabağ müharibəsinin iştirakçıları olan qocaları cəlb edir. Elit qüvvələrin imtina etdiyi döyüşlərdə qoca əsgərlərin nə cür xeyir verə biləcəyi isə sual altındadır. Baş verənlər erməni qüvvələrinin artıq tam demoralizə edilmiş durumda olduğunu bir daha nümayiş etdirir. Bu halda baş nazir Nikol Paşinyana qarşı narazılıq və tənqidlər də daha sürətlə artır. Narazılığı artıran məqamlardan biri də odur ki, Nikol Paşinyan tənqidçilərini, təhlükəli hesab etdiyi şəxsləri də səfərbərlik adı altında savaşa göndərir. Məsələn, erməni müxalif siyasi şərhçi Menua Arutyunyan məhz siyasi baxışlarına görə orduya çağırıldığını bildirir.

Erməni mediası yazır ki, Arutyunyan hərbi xidmət keçməyib və 40 yaşlı belə  bir şəxs hərbi baxımdan faydalı ola bilməz. Özü də təbiətinə görə 90-cı illərdən əhəmiyyətli dərəcədə fərqlənən və əsasən texnoloji savaş olan bu müharibədə. Lakin ən diqqətçəkən məqam odur ki, Menua bu müharibə günlərində hakimiyyətə və xüsusən də Paşinyana yönəlmiş kəskin tənqidlə çıxış etdiyi son mətbuat konfransından sonra çağırışla bağlı bildiriş alıb. Bir daha qeyd edək ki, Menua hakimiyyətin ən sərt tənqidçilərindəndir. Bu durumda artıq fikirlər səslənir ki, hakimiyyət öz tənqidçilərini diqqlətlə izləyir və cəbhə xəttinə göndərməyi onları susdurmaq vasutəsinə çevirib. Sabiq prezident Serj Sarkisyanın sədri olduğu Respublika Partiyasının sədr müavini Armen Aşotyan da hərbi xidmət etməyib, ancaq onu da orduya çağırıblar. Bu da bir daha təsdiqləyir ki, hakimiyyət öz tənqidçiləri ilə haqq-hesab çəkməyin yolunu onları döyüşə göndərməkdə görür. Bu da Paşinyana qarşı narazılığı daha kəskin həddə çatdırır. Buna rəğmən, ordu sıralarına hətta yaşı 55-i keçmiş vətəndaşlar belə çağırılır və Qarabağa göndərilir. Onların hər birinə sadəcə hərbi geyim, sovet dönəmindən qalmış "Kalaşnikov" avtomatı və 3 güllə darağı verilir. Bu halda düşmən itkilərinin sayının daha da artması qaçılmaz hesab edilir.

  • İrəvanın cəhdləri nəticəsiz qalır

İndiki halda güclü Azərbaycan qarşısında Ermənistan tezliklə tam məğlub duruma düşəcəyini yaxşı bilir. Bu səbəbdən Ermənistan hələ də hər vəchlə münaqişəyə üçüncü tərəfi cəlb etməyə can atır. Ordumuzun zərbələri qarşısında geri çəkilən və məğlubiyyətə uğrayan Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu istiqamətdə atdığı addımlar indilikdə tam nəticəsizdir. Əksinə, üçüncü tərəfin cəlbi üçün Ermənistan ərazisindən Azərbaycanın iri şəhərlərini, dinc əhalisini ballistik raketlərlə vurmağa görə İrəvana qarşı ittihamlar artır.

Hələlik isə İrəvan üçün əsas məqsəd Azərbaycanı qabaqlayıcı tədbirlər görməyə vadar etmək, Azərbaycan ordusunun yaşayış məntəqələrini hədəf alan Ermənistandakı hərbi nöqtələri məhv etməsinə nail olmaq və bunu “Ermənistana hücum” kimi qiymətləndirərək KTMT-ni, konkret olaraq, Rusiyanı münaqişəyə cəlb etməkdir. Təsadüfi deyil ki, Azərbaycan ordusunun Vardenisdə start mövqeyinə çıxarılan və Azərbaycan şəhərlərini hədəfə alan zenit-raket kompleksini məhv etməsi ilə bağlı artıq KTMT-yə, Rusiyaya şikayətlər edilməkdədir. Ermənistan var qüvvəsi ilə bunun “KTMT üzvünə hücum” kimi qiymətləndirilməsini və təşkilatın, öhdəliklərinə uyğun olaraq, hərbi yardım göstərməsini istəyir. Amma Rusiya rəsmiləri, KTMT üzvləri  yenə Ermənistanın istəyinə müsbət cavab vermir. Bu da İrəvanın niyyətinin yenidən iflasa uğraması deməkdir.

Digər tərəfdən, Rusiya burada özü üçün təhlükələri də yaxşı sezir. Rusiyanı Qarabağ münaqişəsinə cəlb etməklə Ermənistan Moskvaya əlavə sanksiyalar üçün Qərbə fürsət yaradır. Onu Suriyadakı müttəfiqi olan Türkiyədən aralayır. Moskva bunları sezir və bu səbəbdən Ermənisranın istəklərini rədd edir. Ən əsası, döyüşlərin Azərbaycan ərazisində getdiyini nəzərə alaraq prosesdə neytral mövqedə dayanır. Bu mənada, prezident Vladimir Putinin “Qarabağ Azərbaycanın daxili işidir” sözləri də təsadüf deyil. Yaranmış vəziyyətdə tək qalan Ermənistan ordusunu bundan sonra da Azərbaycan torpaqlarında daha sərt zərbələr gözləyir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ