Bazar günü günü, 18 oktyabr 2026
     

ASALA terror dəstəsinin Qarabağda cinayətkar müharibədə iştirakı rəsmi təsdiqlənir…

Image


 ASALA terror təşkilatının üzvü, Fransa vətəndaşı Gilbert Minasyan və onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət dəstənin Azərbaycan Respublikasının ərazisində törətdiyi cinayət əməllərinə görə cinayət işi başlanıb. Bu barədə baki-xeber.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Həyata keçirilən bu tədbirlərin davamı kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğunda ASALA terror təşkilatının üzvü, dəfələrlə terrorçuluq fəaliyyətinə görə məhkum edilmiş Fransa Respublikasının vətəndaşı G.Minasyan və onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət hərbi təcrübəyə malik dəstənin Azərbaycan Respublikasının ərazisində törətdiyi cinayət əməllərinə dair yerli və xarici kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumat əsasında araşdırma aparılıb.

Araşdırmalarla terror təşkilatının üzvü, Fransa vətəndaşı G.Minasyan və onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət hərbi təcrübəyə malik dəstənin digər üzvləri birlikdə Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik tərkibində birləşərək, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun və Miqrasiya Məcəlləsinin tələblərinə zidd olaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli, 822 saylı, 29 iyul 1993-cü il tarixli, 853 saylı, 14 oktyabr 1993-cü il tarixli, 874 saylı, 12 noyabr 1993-cü il tarixli, 884 saylı qətnamələrinə əsasən, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələrinə, “Dağlıq Qarabağ Respublikası” adı altında fəaliyyət göstərən qanunsuz rejimin dəstəklənməsi məqsədilə, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsinə yönələn təcavüzkar müharibədə Ermənistan Respublikasının siyasi-hərbi rejimi tərəfindən hərbi münaqişədə muzdlu kimi istifadə edilmələrinə əsaslı şübhələr müəyyən edilib.

  • “…faktları BMT Təhlükəsizlik Şurasına təqdim etməklə müvafiq tribunalın yaradılmasına nail olmağa çalışmalıdır”

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə bildirdi ki, ASALA “zəngin” terror təcrübəsinə malik, uzun illərdir fəaliyyətdə olan erməni terror təşkilatlarından biridir. “Doğrudur, Livanın İsrailə olan hücumları nəticəsində İsrailin Livana daxil olmasından sonra ASALA-nın oradakı əsas mərkəzi darmadağın edilib. Amma buna baxmayaraq, ASALA hər zaman terror əməllərini davam etdirir. Çünki dünyanın müxtəlif yerlərində onun təşkilatları, qrupları, özəkləri var. ASALA-nın hər zaman törətdiyi terror aktlarının hədəfi əsas etibarilə türklər, türk diplomatlarıdır, Türkiyənin yüksək vəzifəli şəxsləri, siyasi xadimləridir. Bilirsiniz ki, ASALA üzvləri Fransada və digər yerlərdə türk diplomatlarına qarşı terror aktları törədiblər.

Eyni zamanda, ASALA Azərbaycana qarşı terror hərəkətləri törədib. Bilirsiniz ki, keçən əsrin əvvəllərində, xüsusən də 20-ci illərdə AXC-nin nümayəndələrinə qarşı erməni terror təşkilatları tərəfindən, ASALA qurucularının təhriki ilə sui-qəsdlər, terror aktları həyata keçirilib.

Sonrakı dövrlərdə, xüsusən də Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü başlandıqdan sonra ölkəmizin ərazisində, o cümlədən də metroda ASALA təşkilatı tərəfindən terror aktları törədilib. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri Xocalı soyqırımında da ASALA-nın iştirakı olub. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı son təxribatı zamanı, bu günlərdə  ASALA-nın üzvləri Azərbaycan ərazisində - Dağlıq Qarabağda öz terrorçuluq fəaliyyətlərini davam etdirirlər. Ona görə də Baş Prokurorluq tərəfindən ASALA terror təşkilatının 15 üzvünə qarşı Azərbaycan Respublikasının ərazisində törətdikləri cinayət əməllərinə görə cinayət işinin başlaması çox mühüm məsələdir. Hesab edirəm ki, ASALA üzvü olan 15 nəfər terrorçu barəsində Baş Prokurorluq tərəfindən kifayət qədər məlumat toplanıb və toplanmaqda davam edir. Çünki ASALA terror təşkilatına daxil olan şəxslərin hələ də Azərbaycan ərazilərində terror hərəkətləri davam etməkdədir. Bu gün Azərbaycan ərazilərində ASALA terror təşkilatının üzvləri ilə yanaşı, digər erməni terror təşkilatlarının üzvləri də var, onlar terror aktları həyata keçirirlər. Bütövlükdə götürdükdə, Ermənistan özü terror dövlətidir. Bu ölkənin elə Gəncədə mülki əhalini uzaqmənzilli raketlərlə atəşə tutmasının özü onun terrorçu dövlət olduğunu bir daha ortaya qoyur. Tərtərin, Ağdamın, Mingəçevirin, Goranboyun, Füzulinin, Beyləqanın, Şəmkirin və digər şəhərlərimizin mülki əhalisini və mülki obyektlərini atəşə tutması Ermənistanın həyata keçirdiyi terror aktlarıdır”.

Ə.Nuriyevin fikrincə, ASALA-nın 15 üzvü ilə bağlı Baş Prokurorluqda cinayət işinin başlanması bizə əsas verir ki, sonrakı mərhələdə aidiyyəti orqanlarımız tərəfindən bütün toplanan, sənədləşdirilən sənədlərin, faktların  hamısı BMT Təhlükəsizlik Şurasına təqdim edilsin. “Hesab edirəm ki, Azərbaycan həm də bu sənədləri, faktları BMT Təhlükəsizlik Şurasına təqdim etməklə müvafiq tribunalın yaradılmasına nail olmağa çalışmalıdır. Biz hər birimiz bu prosesdə iştirak etməliyik. Eyni zamanda da Azərbaycan özü bəşəriyyət əleyhinə müharibə cinayətində iştirak etmiş insanların müddətindən asılı olmayaraq, məsuliyyətə cəlb olunmasına nail ola bilər. Qanunvericilik həm də onu müəyyənləşdirir ki, bu şəxslərə münasibətdə hər hansı bir müddət ola bilməz, onlar müddətsiz olaraq, harada, nə zaman ələ keçirildilərsə, məsuliyyətə cəlb ediləcəklər. Yəni bəşəriyyət əleyhinə terror cinayətlərinə, həmçinin də müharibə cinayətlərinə görə məsuliyyətin ötürülmə müddəti qanunvericilikdə yoxdur. Düşünürəm ki, həm də bizim aidiyyəti qurumlar İnterpola da həmin şəxslər barədə məlumatlar veriblər. Onların nəinki Azərbaycan ərazisində, hətta başqa ölkələrdə də tutulub Azərbaycana təhvil verilməsi baş verəcək. Çünki terrorçunun vətəndaşlığı bu məsələdə əhəmiyyətli deyil. O, terror aktı törədibsə, hansı ölkənin ərazisində olmasından asılı olmayaraq, ya həmin şəxs terror törətdiyinə görə həmin ölkədə həbs olunmalı, ya da həbs edilib Azərbaycana verilməlidir ki, məsuliyyətə cəlb olunsun”.

Bu məsələdə müxtəlif istiqamətlər üzrə fəaliyyətimizi genişləndirməli olduğumuzu deyən Ə.Nuriyevin fikrincə, Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən o insanların Azərbaycan ərazisində tutulub cinayət məsuliyyətinə cəlb edilməsi, həm də ölkədən kənarda digər ölkələrin hüquq-mühafizə orqanları tərəfindən onların həbs edilərək ölkəmizə təhvil verilməsi üçün çalışmalıyıq.

Ə.Nuriyevin qeyd etdiyinə görə, bu terrorçular ayrı-ayrı ölkələr tərəfindən gizlədilirsə, müxtəlif ölkələrin ərazisində onlar “qəhrəman” kimi göstərilirsə, məsuliyyətə cəlb edilmirsə, Azərbaycanın hüququ çatır ki, onun ərazisində terror hərəkətlərinə yol verən terrorçuları harada olmasından asılı olmayaraq, məhv etsin. “Azərbaycan terror aktları törətmiş, bəşəriyyət əleyhinə müharibə cinayətlərində iştirak etmiş şəxslər, o cümlədən də ASALA terror təşkilatının üzvləri barədə bütün məlumatları BMT Təhlükəsizlik Şurasına təqdim etməklə müvafiq tribunalın yaradılmasına səy göstərməlidir. Amma bu çox çətin prosesdir. Bilirsiniz ki, BMT Təhlükəsizlik Şurasında Ermənistanın havadarları da var. Rusiya, Fransa açıq şəkildə Ermənistanı müdafiə edir, bir sıra hallarda onlar özləri terrorçulara dəstək göstərirlər. Terrorçuların toplanması məsələsində birbaşa iştirak edən ayrı-ayrı dövlətlərin rəsmi nümayəndələri var. Həm də bu sahədə ciddi təbliğat gedir. Hətta onlar banklarda hesablar açaraq, terrorçuları və Ermənistanın silah almasını maliyyələşdirirlər. Bunlar hamısı müharibənin təşviq edilməsi, bəşəriyyət əleyhinə müharibə cinayətlərinə yol verilməsi və orada iştirakla bağlı məsələdir” - deyə Ə.Nuriyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ