20/10/2020 13:21
728 x 90

Ermənistanın müharibə siyasətinin tam yalan informasiyalar üzərində qurulduğunu dünyada da təsdiq edirlər…

Akif Nağı: “Xarici ekspertlər Ermənistan tərəfinin yaydığı məlumatlara etibar etmirlər”

img

Ermənistan sentyabrın 27-də bütün cəbhə boyu Azərbaycana qarşı təxribat həyata keçirdi. Azərbaycan Ordusunun buna cavab olaraq başladığı əks-hücum zamanı Suqovuşan kəndi, Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi və onlarla kənd işğaldan azad edildi.

Ukraynanın hərbi icmalçısı Aleksey Arestoviç “Armiya.az”a müsahibəsində cəbhədəki mövcud vəziyyəti, Azərbaycan Ordusunun əks-hücumunu və hadisələrin gələcək inkişafını şərh edib.

Aleksey Arestoviç erməni tərəfinə inanmadığını bildirib. Ekspert deyib ki, o bu münaqişədə tərəflərin, eləcə də üçüncü ölkələrin məlumatlarını diqqətlə izləyir: “Hələ ki, erməni tərəfinin doğru məlumatını tapmamışam”.

Qeyd edək ki, Ermənistan tərəfinin yanlış, həqiqətə uyğun olmayan informasiya yayması barədə dəfələrlə ictimaiyyətə çağırış edilib.

  • “…qarşı tərəfin məlumatları özünü doğrultmur”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif  Nağı bildirdi ki, Ermənistan tərəfinin yanlış informasiya yaymasını beynəlxalq ekspertlər, media nümayəndələri təsdiq edirlər. Beynəlxalq media təmsilçiləri ermənilər yanlış informasiya yaydıqları üçün onlara inanmırlar: “Beynəlxalq ekspertlərin özləri də dəfələrlə bəyan ediblər ki, Azərbaycan tərəfi dəqiq məlumat yayır, ancaq qarşı tərəfin məlumatları isə özünü doğrultmur. Artıq xarici ekspertlər Ermənistan tərəfinin yaydığı məlumatlara etibar etmirlər. Sevindirici haldır ki, xarici təşkilatlar ermənilərin yaydıqları məlumatların özünü doğrultmamasını beynəlxalq ictimaiyyətə açıqlayırlar.  Beləliklə, dünya ictimaiyyəti Ermənistanın yaydığı məlumatın düzgün olmadığını bir daha anlayır”.

Günel CƏLİLOVA

Son xəbərlər