“Bütün Azərbaycan xalqı kimi biz də, Rusiya Federasiyasının Ryazan şəhərində və vilayətində yaşayan azərbaycanlıların adından Sizə müraciət edərək, Qarabağdakı doğma torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqədar həyata keçirilən ədalətli işinizi ürəkdən və tamlıqla dəstəklədiyimizi bildiririk.
Artıq bir neçə gündür ki, Sizin qətiyyətinizlə Azərbaycan Ordusunun əldə olunan şanlı qələbələrini, uzun illər həsrətində olduğumuz doğma yurdumuzun yaşayış məntəqələrinin düşmən tapdağından azad edilməsini böyük fəxr və qürur hissi ilə izləyir, üçrəngli Azərbaycan bayrağının bütün Qarabağda, xüsusilə Şuşada qaldırılacağı günü böyük səbirsizliklə gözləyirik.
Öz növbəmizdə biz, Ryazan vilayətində yaşayan azərbaycanlılar daim Sizin və xalqımızın yanında olmaqla yanaşı, öz mənfur əməlləri ilə Azərbaycanın haqq işinə kölgə salmağa çalışan, həmişə olduğu kimi indi də ölkəmiz haqqında yalan məlumatlar yayan, bizi daim provokasiyalara cəlb etməyə çalışan erməni diasporasının bütün cəhdlərinin qarşısını qətiyyətlə alır, yerli əhaliyə haqq işimizi, Qarabağ həqiqətlərini çatdırır və işğalçının əsl simasını təqdim etməyə çalışırıq... Qoy böyük yaradan Allah haqqımızı versin, bu müqəddəs savaşda Sizə və xalqımıza daim yar olsun, yenilməz Azərbaycan Ordusuna, onun bütün komandir və əsgərlərinə Qələbə əzmi, güc, qüvvət, yeni zəfərlər və uğurlar versin.
Qələbə bizimdir, Qarabağ Azərbaycandır!” Bu fikirləri Rusiya Federasiyasının Ryazan şəhərində və vilayətində yaşayan azərbaycanlıların adından Dünya Azərbaycanlılarının Milli Birliyinin Rusiya və MDB ölkələri üzrə nümayəndəsi, Ryazan vilayətindəki Azərbaycan diasporunun sədri Elşən Əliyev Prezident İlham Əliyevə ünvanladığı müraciətdə bildirsin.
Baki-xeber.com