Türkiyə Respublikasının Kilis şəhərindən Muhammed Can Aşıcıoğlu Prezident İlham Əliyevə müraciət edib. “Sizi Türkiyədən salamlayaraq qürur duyuram.
14 yaşım var və hələ orta məktəb şagirdiyəm. İcazə versəydiniz, mən də Qarabağ üçün Azərbaycana gəlmək, əlimdən gələn köməyi etmək istərdim.
Mən Ermənistanın məkrli siyasətini qınayıram. Mənim üçün Azərbaycan da Türkiyə kimi Vətəndir. Vətən üçün isə canımı verməyə hazıram.
Türkiyədən bütün azərbaycanlı qardaşlarımı salamlayır, Sizə isə uğurlar diləyirəm” - deyə 14 yaşlı Muhammed Can Aşıcıoğlu Prezident İlham Əliyevə müraciətində qeyd edir.
Baki-xeber.com