Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun mülki əhalinin də müalicə olunduğu hospitala atəş açması barədə yaydığı məlumat yalandır. Bu barədə baki-xeber.com-un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd edilib ki, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu heç bir mülki infrastruktura və qeyri hərbi hədəfə atəş açmır: "Ordumuz humanitar atəşkəs rejiminə ciddi əməl edir".