Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsi mümkündür. “Trend”in məlumatına görə, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, oktyabrın 14-də Dağlıq Qarabağdakı vəziyyəti azərbaycanlı həmkarı ilə müzakirə edib.
S.Lavrov əlavə edib ki, hərbi müşahidəçilər Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tərkibinə daxil edilə bilər.
Nazir əlavə edib ki, Rusiya Türkiyənin Dağlıq Qarabağda hərbi həllin mümkünlüyü ilə bağlı mövqeyi ilə razı deyil.
Lavrov deyib ki, Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda vəziyyətin tənzimlənməsi ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqlarını izləyib və müzakirələrin həlledici anında öz töhfəsini verib.
Nazir bildirib ki, danışıqlar unikal olub: "Həlledici məqamda prezident öz töhfəsini verib. O, gecə müzakirələrimizə nəzarət edib və gecə saatlarında biz onunla iki dəfə danışmışıq".