Ermənistan silahlı qüvvələri Tərtər rayonunda jurnalistləri atəşə tutub. Baki-xeber.com xəbər verir ki, hadisə rayonun Düyərli kəndində baş verib.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin (AZTV) çəkiliş qrupunun olduğu avtomobil qəfil atəşə tutulub.
Hadisə nəticəsində avtomobilin sürücüsü Namiq Qənbərov üz və qarın nahiyəsindən xəsarət alıb, maşına ciddi ziyan dəyib.