Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidentinin Mətbuat Katibi İbrahim Kalın ilə telefon danışığı keçirib.
Baki-xeber.com xəbər verir ki, bu barədə Prezident kömekçisi öz Twitter səhifəsində yazıb.
H.Hacıyev bildirib: "Daim təmasda olduğum yaxşı dostum İbrahim Kalınla telefon danışığımdan məmnunam. Ermənistan-Azərbaycan münaqişəsinin həllində Türkiyənin ATƏT-in və Minsk Qrupunun üzvü və regionun lider ölkəsi kimi vacib rolunu bir daha təsdiq etdik".