“Mən 1918-1920-ci illərdə ermənilərin törətdiyi qətliamlar səbəbindən Azərbaycan torpaqlarından Türkiyənin İğdır vilayətinə köçmək məcburiyyətində qalmış bir ailənin üzvüyəm. Ata-babalarım bizi daim Azərbaycan haqqında xatirələrlə böyütdülər. Bizdəki Vətən həsrəti o qədər dərin olub ki, mərhum atam qardaşımın adını Azər, mənim adımı isə Baycan qoyub. Allah mənə bir müddət Bakıda işləməyi nəsib etdi və çox şükür ki, Vətənimi gördüm.
Böyüklərimiz həmişə “İnşallah, bir gün biz bütün torpaqlarımızı erməni qatillərindən geri alacağıq!” deyirdilər. Bu gün o gündür! Bu yolda üzərimə nə vəzifə düşərsə, onu can-başla yerinə yetirməyə hazıram.
...Sizdən bircə xahişim var: lütfən, heç bir şərtlə geri addım atmayın! Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır!
Allah Sizə, ordumuza və millətimizə yardım etsin!”
Bunlar Türkiyə Respublikasının Ankara şəhərindən Şavluk Baycan Mehmet oğlu Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com