“Mən Türkiyədə, Kocaeli şəhərində yaşayıram. Burak adlı bir oğlum var. Mən və oğlum hər zaman erməni işğalına qarşı Sizin və bütün Azərbaycanın yanındayıq.
Azərbaycan dost və qardaş ölkədir. Biz iki dövlət, bir millətik. Sizin dostunuz bizim dostumuz, düşməniniz düşmənimizdir. Buna görə Sizin sıralarda olmaq bizim üçün şərəfdir. Bizlər üçün şəhadət ən böyük mükafatdır.
Azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə dayanmaq üçün Sizin əmrinizi gözləyirik.
Allaha əmanət olun. Rəbbimiz yar və yardımçınız olsun!”
Bu sözləri Prezident İlham Əliyevə müraciətində Türkiyə Respublikasının Kocaeli şəhərindən Birol Özer bildirib.
Baki-xeber.com