Misir Ərəb Respublikasında yaşayan azərbaycanlılar adından “Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirov Prezident İlham Əliyevə müraciət edib. “Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusunun qələbələri münasibətilə Sizi və xalqımızı ürəkdən təbrik edirik. İşğalçı Ermənistana qarşı həyata keçirdiyiniz ədalət müharibəsində Sizi tam dəstəklədiyimizi bildiririk.
Biz harada yaşamağımızdan asılı olmayaraq, hər zaman Vətənə bağlıyıq, Sizin müdrik rəhbərliyinizlə doğma Azərbaycanımızda baş verən hadisələri diqqətlə izləyirik. Bir vətəndaş kimi bütün qüvvələrimizi səfərbər etmişik. İnformasiya müharibəsində aktiv iştirak edərək. Misir ictimaiyyətinin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılması istiqamətində səylərimizi əsirgəmirik. Vətənimiz qarşısında müqəddəs borcumuzu yerinə yetirməyə hər an hazırıq. Sizin və şanlı ordumuzun yanındayıq.
İnanırıq ki, Sizin komandanlığınız altında tezliklə Azərbaycan Ordusu tarixi ədaləti bərpa edəcək və Vətənimizin ərazi bütövlüyü təmin olunacaq. Bu şanlı yolda Uca Allah yardımçınız olsun. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!” - deyə S.Nəsirov Prezident İlham Əliyevə müraciətində bildirir.
Baki-xeber.com