Salyan rayonu A.Əliyev adına Aşağı Kürkəndi tam orta məktəbin kollektivi də Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
“Qısa müddət ərzində cəbhədə əldə etdiyimiz müvəffəqiyyətlər Ali Baş Komandan kimi Sizin və xalqımızın uğurlarıdır. Tezliklə ordumuzun hərbi üstünlüyünün, uğurlu mövqelərinin daha da möhkəmlənəcəyinə və işğal altında qalan digər torpaqlarımızın da qısa müddətdə azad ediləcəyinə əminik.
Biz haqq yolundayıq və bu yoldan dönməyəcəyik. Biz Sizin rəhbərliyinizlə mütləq qələbə çalacağıq. Biz Sizinlə fəxr edirik” - deyə məktəb kollektivi Prezident İlham Əliyevə ünvanladığı müraciətdə qeyd edir.
Baki-xeber.com