“Biz, “Ağdam-Kimya” MMC-nin kollektivi olan məcburi köçkünlər doğma torpaqlarımızın işğaldan azad olunması tədbirlərini alqışlayırıq. Nəhayət ki, arzularımız reallaşır. Biz Sizinlə fəxr edirik, Sizə güvənirik və Sizi dəstəkləyirik!
Biz inanırıq ki, düşmən tapdağı altında olan doğma torpaqlarımız Sizin rəhbərliyinizlə işğaldan azad ediləcək və üçrəngli bayrağımız həmin torpaqlarda dalğalanacaq.
Sizin qüdrətli mövqeyiniz, siyasətdə və həyatda möhkəm duruşunuz bizi çox sevindirir. Biz, məcburi köçkünlər həmişə Sizin arxanızdayıq.
Belə bir məsuliyyətli işdə Sizə və şanlı ordumuza bol-bol uğurlar və zəfərlər arzulayırıq. Biz həmişə Sizinləyik!
Allah Sizi və qüdrətli ordumuzu qorusun! Amin”.
Bu sözləri Ağdam rayonunun Quzanlı kəndindən “Ağdam-Kimya” MMC-nin direktoru F.S.Əzimov Prezident İlham Əliyevə ünvanladığı müraciətdə bildirir.
Baki-xeber.com