Xocalı rayon sakini Ramin Məhərrəmov Prezident İlham Əliyevə müraciət edən vətəndaşlarımızdandır.
“İlk öncə qələbəyə susayan hər bir Azərbaycan vətəndaşı kimi son günlərdəki qələbə sevinclərini bizə yaşatdığınız üçün Sizə sonsuz minnətdarlığımızı bildirməyimi özümə borc bilirəm. Sizin qətiyyətiniz, Vətənə, xalqa olan bağlılığınız və sevginiz sayəsində Qarabağın Azərbaycan olması fikri bir daha sübuta yetirildi və düşmənlərə, düşmənə havadarlıq edən, haqqa göz yuman dövlətlərə qəti şəkildə bildirildi ki, Qarabağ Azərbaycandır! Biz qarabağlılar düşmənin necə mənfur, necə idbar xislətə malik olduğunu gözəl bilirik. Lakin heç bir düşmən hiyləsi Sizin uğurlarınıza, ordumuzun qələbələrinə kölgə sala bilməz. Biz hər dəqiqə Sizin möhtəşəm qələbə paylaşımlarınızı səbrsizliklə gözləyirik. Tam səmimi olaraq qeyd edirəm ki, Siz böyük azərbaycanlısınız. Bildirmək istəyirəm ki, biz hər zaman Sizin daxili, xarici və hərbi siyasətinizi dəstəkləyirik. Çünki bugünkü uğurların, qələbələrin arxasında Sizin saysız-hesabsız əziyyətiniz, uzaqgörən siyasətiniz, imzanız var. Ulu Tanrı Sizi, xalqımızı və cəbhədə qələbə tarixi yazan şanlı ordumuzu qorusun!
...Sizdən daha böyük qələbə xəbərləri eşitmək diləyi və arzusu ilə” - deyə R.Məhərrəmov məktubunu tamamlayıb.
Baki-xeber.com