Gəncə şəhərində hadisə yerində olduq. Qətər mülki əhalinin hədəfə alınmasının əleyhinədir. Qətərin mövqeyini bir daha ifadə edərək bildirirəm ki, biz qardaş ölkə olan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik.
“Trend”in məlumatına görə, bunu Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab deyib.
Səfir bildirib ki, təkcə ərəb dövlətləri deyil, bütün sivil ölkələr mülki əhalinin hədəfə alınmasına qarşıdır. Biz illər boyu davam edən bu münaqişənin sülh yolu ilə həll olunmasını arzulayırıq.
Bütün zərərçəkənlərin ailələrinə səmimi başsağlığımı çatdırıram. Mənim üçün Gəncəyə gəlmək və burada nələrin baş verdiyini görmək çox önəmli idi.
Bunu isə oktyabrın 12-də Gəncədə jurnalistlərə açıqlamasında İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri xanım Muriel Peneveyre bildirib.
O qeyd edib ki, münaqişə ilə bağlı İsveçrə artıq sentyabrın 28-də öz mövqeyini ifadə edib: “İsveçrə bütün tərəfləri dərhal güc tətbiq etməkdən yayınmağa və beynəlxalq hüquq, xüsusilə də beynəlxalq humanitar hüquq qarşısındakı öhdəliklərini yerinə yetirməyə çağırır. Bu o deməkdir ki, mülki əhalini qorumalıyıq”.
Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 12-də Gəncə və Mingəçevir şəhərlərinə səfər ediblər. Səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.