Bazar günü günü, 18 oktyabr 2026
     

Böyük Qarabağ müharibəsində diaspor fəallarımızın Prezident İlham Əliyevə münasibətində yeni fəallaşma motivləri...

Image


Azərbaycan bir neçə gündür ki, öz ərazisində aktiv antiterror əməliyyatlarına başlayıb. Son proseslər göstərdi ki, Dağlıq Qarabağ problemi dünyada yaşayan bütün azərbaycanlıları dərindən narahat edir. Onlar bu problem ətrafında bir yumruq kimi birləşib, düşmən təbliğatına qarşı aktiv mübarizə aparırlar. Ötən yazılarımızda biz Diasporla İş Üzrə Dövlət Komitəsi ilə koordinasiyalı fəaliyyət göstərən təşkilatlarımızın Vətən müharibəsi çərçivəsində ölkəmizə, ordumuza verdikləri dəstəkdən danışmışdıq.

Hazırda Qarabağ uğrunda informasiya və diplomatiya savaşı bütün dünya boyu gedir. Bizim dünyada ermənilər qədər havadarlarımız olmasa da, biz haqlı tərəf sayıldığımız üçün arqumetlərimiz daha tutarlıdır. Bu səbəbdən də dünyanın hər yerində yaşayan azərbaycanlıların  informasiya savaşında aktiv olmaları zəruridir. Qarabağ və ətrafında baş verənləri dünyaya olduğu kimi çatdırmaq üçün hər birimiz hər gün çalışmalıyıq. Əsgərimizin səngərdə canı bahasına əldə etdiyi qələbəni diplomatiya və informasiya savaşında uduzmamalıyıq. Bu istiqamətdə bütün dünyadakı diaspor təşkilatlarımızın və ayrı-ayrı diaspor fəallarının aktivliyi nəzərə çarpır. Vətən müharibəsinin getdiyi dönəmdə biz müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın Prezident İlham Əliyevə ünvanladıqları məktublardan da bu ruhu hiss edirik. Gəlin, həmin məktublardan bəzilərinə diqqət edək.

  • “Bütün bu faktlar məndə Azərbaycan və onun vətəndaşları haqqında yalnız müsbət fikirlər yaradıb”

İsrail dövlətinin Təl-Əviv şəhərindən Rafaeli David Merxaeviç Prezident İlham Əliyevə müraciətində qeyd edir ki, 2019-cu ildə ölkəmizə səfəri zamanı Azərbaycanın güclü və qüdrətli ölkəyə çevrilməsini gözləri ilə görüb: “Hər yerdə mərhum atanızın əməyini və hazırda Sizin səylərinizi gördüm ki, bunu da çox yüksək qiymətləndirirəm. Səfərim zamanı çox zəngin tarixə və mədəniyyətə sahib bir ölkə gördüyüm üçün xoşbəxt idim. Azərbaycanda İsrail Dövlətinə və yəhudi icmasına qarşı gördüyüm xoş münasibətə görə, cənab Prezident, Sizə xüsusi təşəkkür edirəm. Bütün bu faktlar məndə Azərbaycan və onun vətəndaşları haqqında yalnız müsbət fikirlər yaradıb. Sizə və ailənizə cansağlığı və xoşbəxtlik arzulayır, Tanrıdan torpaqlarınızın müharibələr olmadan tam sülh şəraitində Azərbaycan ərazisinə qayıtmasını diləyirəm”.

  • “Sizin uğurlu siyasətiniz sayəsində bu gün bütün dünya azərbaycanlıları birlik və həmrəylik nümayiş etdirir!”

Prezident İlham Əliyevə müraciətində Rusiya Federasiyasının Moskva şəhərindən Məmmədov Sahib Hüseyn oğlu bildirib ki, 30 ildən coxdur Vətəndən kənarda yaşasa da, ürəyi həmisə Vətənlə döyünüb və bu gün də döyünməkdədir: “Qoy Tanrı torpaglarımızı düsməndən azad etməkdə bizə, Azərbaycan xalqına, ölümün gözünə dik baxan Ordumuza komək olsun! Ulu öndərimizin və Sizin uğurlu siyasətiniz sayəsində bu gün bütün dünya azərbaycanlıları birlik və həmrəylik nümayiş etdirir! Sizə inanırıq, Sizi sevirik, Sizə arxayınıq! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”

  • “Cəbhə bölgəsindən gələn şad xəbərlər bizi - Ukraynada yaşayan bütün azərbaycanlıları sevindirir və qürurlandırır”

Bu fikirlər Ukraynanın Kiyev şəhərində yaşayan soydaşlarımız Qasımov Əbülfəz, Bağırov Ağasəlim, Turanlı Fərhad, Ələsgərov İlham, Mirzəyev Nicat, Tağıyev Rövşən, Abbasov İlqar və başqaları (Ukraynada yaşayan azərbaycanlı ziyalılar – 16 nəfər) tərəfindən Prezident İlham Əliyevə ünvanlanan müraciətdə yer alır. Məktub müəllifləri bildirir ki, həmin ölkədə yaşayan çoxsaylı həmvətənlərimizin adından Prezidentə və rəşadətli Azərbaycan Ordusuna səmimi minnətdarlıqlarını bildirmək istəyirlər: “30 ildir erməni işğalçıları tərəfindən zəbt edilmiş Azərbaycan ərazilərini - Dağlıq Qarabağ və 7 ətraf rayonunu işğaldan azad etmək və 1 milyon qaçqını öz yurd-yuvalarına qaytarmaq üçün çıxdığınız bu müqəddəs yolda Sizi dəstəkləyirik. Son günlər cəbhə bölgəsindən gələn şad xəbərlər bizi - Ukraynada yaşayan bütün azərbaycanlıları sevindirir və qürurlandırır. Qüdrətli Ordumuz Sizin əmrinizlə gücünü düşmən üzərində göstərir, onlara layiq olduqları cavabı verir.

Bu gün Sizin rəhbərliyiniz altında Milli Ordumuzun əsgərləri düşməni işğal olunmuş Azərbaycan torpaqlarından qovur. Dövlətimizin erməni təcavüzkarlarına qarşı informasiya müharibəsinin uğurla aparılmasında, erməni saxtakarlığını ifşa edən, təkzibedilməz dəlillərə əsaslanan publisistik və elmi əsərlərdən ibarət materialların Ukraynada davamlı şəkildə yayılmasında rol oynayan Ukraynadakı Azərbaycan ziyalıları müqəddəs Vətənimizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında Azərbaycan dövlətinin və Milli Ordumuzun daim yanında olduğunu bəyan edir.

Siz və Sizin əmrinizdə olan qəhrəman Azərbaycan Ordusu düşmənlərimizə və bütün dünyaya göstərdi ki, biz əzəli-əbədi torpağımız olan Qarabağ uğrunda sona qədər döyüşməyə hazırıq. Tarixi ədalət bizim tərəfimizdədir.

Sizə dərin hörmətimizi və dəstəyimizi bildiririk. Hər an əmrinizdə olduğumuzu ifadə etmək istəyirik. Biz həmişə Vətənimiz Azərbaycanın yanındayıq və Sizin yürütdüyünüz siyasəti dəstəkləyirik.

Sizin rəhbərliyiniz altında torpaqlarımızın son qarışına qədər geri alınacağına inanırıq. Hər birimizin ürəyinə sevinc gətirən fərəhli Qələbə gününü səbrsizliklə gözləyirik.

Yolumuz haqq yoludur!

Qarabağ Azərbaycandır!”

  • “Düşməniniz düşmənimizdir, Sizə xainlik edən bizə xainlik etmişdir”

Türkiyə Respublikasının Kayseri şəhərindən Cem Küçüktürk də Prezident İlham Əliyevə müraciət edib: “Sizə böyük hörmətlərimi çatdıraraq, Türkiyədə hər bir kəsin ürəyinin, canının bir hissəsinin Azərbaycandakı qardaşlarımızın yanında olduğunu bildirirəm. Şəhidlərinizə görə, başda Siz olmaqla, Azərbaycan xalqına başsağlığı verir, yaralılara şəfa diləyirəm. Allahım hamınızın yar və yardımçısı olsun. Yaşamış olduğunuz xain hücum haqqında eşidəndə mütəəssir oldum. Amma əmin idim ki, Azərbaycan xalqın köməyi ilə bu təcavüzün də öhdəsindən gələcək. Düşməniniz düşmənimizdir, Sizə xainlik edən bizə xainlik etmişdir. Qələbənizə mübarək olsun deyir, bütün türk milləti adından yanınızda olduğumuzu bildirirəm”.

  • “Azərbaycan var olduqca, Siz də yaşayacaqsınız”

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Prezident İlham Əliyevə müraciət edən Ağayev Ələsgər Tofiq oğlu bildirir ki,  sadə cümlələrlə ürək sözlərini ifadə edib  təşəkkür etmək istəyir:

“Harada yaşamağımızdan asılı olmayaraq, hamımız Sizin arxanızda dağ kimi dayanmışıq. Sizin dediyiniz hər bir sözün, hər bir bəyanatın arxasında xalq dayanıb. Sizin hər çıxışınız dünyaya səs salır, düşmənlərə, hətta güclü dövlətlərdən olan havadarlara meydan oxuyur, Azərbaycanın qəti mövqeyini ortaya qoyur. Var olun, yüz yaşayın. Azərbaycan var olduqca Sizdə yaşayacaqsınız. Azərbaycan isə hər zaman var olacaq, deməli, Siz də yaşayacaqsınız”.

  • “Durmaq yox, ancaq irəli getmək lazımdır”

Almaniyanın Köln şəhərindən Rəşad Quliyev isə bunları yazır: “Hörmətli cənab Prezident. Sizin komandanlığınızla rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi üstünlüklər və qələbə xəbərləri Dünya Azərbaycanlıları Assambleyası üzvlərini də son dərəcə sevindirir. İllərdir həyata keçirdiyiniz uğurlu xarici siyasətiniz bu gün də öz bəhrəsini verir. Biz də dünya azərbaycanlıları olaraq bu siyasətinizi dəstəkləyirik və bu yolda üzərimizə düşən öhdəlikləri layiqincə yerinə yetirməyə çalışırıq. Qeyd etmək istərdim ki, biz də öz növbəmizdə Ermənistanın işğalçılıq siyasətini, vandal rəftarını, terrorçu və antihumanist addımlarını dünya ictimaiyyətinə çatdırırıq. Son günlərdə informasiya müharibəsi zəminində bu təşəbbüslərimizi intensivləşdirmişik. Nəzərinizə çatdırmaq istərdim ki, Sizin “Qarabağ Azərbaycandır!” şüarınız beynəlxalq aləmdə devizimizə çevrilib. Dünya azərbaycanlıları yekdilliklə Sizin arxanızdadır. Hörmətli cənab Prezident, dünya azərbaycanlıları birmənalı şəkildə Sizin mövqeyinizi dəstəkləyir və erməni işğalçılar işğal olunmuş əraziləri tərk etməyənədək durmaq yox, ancaq irəli getmək lazımdır”.

  • “Torpaqlarımızı düşmənlərdən azad etməyə son damla qanımıza qədər hazırıq”

Qazaxıstanın Almatı şəhərindən Qəhrəman Sadiyev yazır: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Biz xaricdə yaşayan azərbaycanlılar son günlərdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlarında Sizin rəhbərliyinizlə ordumuzun terrorçulara qarşı apardığı mübarizədə Sizi dəstəkləyirik. Uzun illər düşmən tapdağı altında inləyən torpaqlarımızın azad olunması naminə apardığınız ədalətli mübarizədə Sizinləyik və hər zaman Sizin yanınızda olduğumuzu bəyan edirik. Qürurla, mətanətlə döyüşməyə, torpaqlarımızı düşmənlərdən azad etməyə son damla qanımıza qədər hazırıq”.

Diasporumuzun təmsilçiləri olan ayr-ayrı fərdlərin ölkə başçısına ünvanladıqları məktublardakı məzmunları necə qiymətləndirmək olar?

  • “Soydaşlarımız kütləvi şəkildə səfirliklərə müraciət edib, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər”

Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  doğrudan da biz xalqımızın və dünyada yaşayan soydaşlarımızın sıx birliyini görürürk:

“ Ölkənin daxilindəki birlik və həmrəyliyin şahidiyik. İnsanlar həvəslə orduya yardım edir. Gənclərimiz  böyük əzmlə ordu sıralarına qoşulurlar. Hətta növbələr müşühidə edilir. Ön xəttə könüllü yardımlar aparılır. Eyni mütəşəkkilliyi biz diaspor təşkilatlarımızdan da görürük. Onların nümayəndələri belə vəziyyətdə ordumuza həm maddi, həm mənəvi, həm də böyük informasiya dəstəyi verir. Çoxlu sayda diaspor nümayəndələrimiz vəsait göndərib, Orduya yardımlar edirlər. Dövlət Miqrasiya Xidmətinin hazırladığı bir videoçarxı gördüm. Görünür ki, ölkəmizdə yaşayan bir qrup əcnəbi vətəndaş şanlı ordumuza dəstək nümayiş etdirib. Eyni hal xarici ölkələrdə də yaşanır. Qeyri millətlərin üzvləri baş verənləri görüb, bizə yardım göstərirlər. Mən bir neçə ölkə ilə əlaqə saxlamışam. Soydaşlarımız kütləvi şəkildə səfirliklərə müraciət edib, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər. Bu milli birliyi şərtləndirən bir çox amillər var. Onlardan ən başlıcası Ali Baş Komandanın apardığı qətiyyətli və düzgün siyasətidir. Bunun arxasında duran amillər Ordunu qələbəyə daha da ruhlandırır. Biz bütün bunların şahidi oluruq. Ölkə başçıısına ünvanlanan məktublarda biz  onun işinə, səriştəsinə verilən yüksək qiyməti aydın hiss edirik”.

Bütün bunlar bir daha sübut edir ki, bu mübarizədə bütün dünya azərbaycanlıları vahid mövqedən çıxış edir.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ