Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "Telegram" kanalı və "İnstagram" hesabı açılıb.
Müdafiə Nazirliyindən baki-xeber.com-a bildirilib ki, vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin saxta kanala (https://t.me/azerbaycan_mudafie_nazirliyi) və hesaba (https://www.instagram.com/mudafie.nazirliyi) istinad etməməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi "Telegram" kanalı və "İnstagram" hesabı bu linklərdədir: https://t.me/Azerbaijan_MOD https://www.instagram.com/azerbaijan_mod