Bazar günü günü, 18 oktyabr 2026
     

Ermənistanın müharibə cinayətləri savaşı daha kəskin hala gətirə bilər...

Image


Cəbhədə son hərbi əməliyyatlar fonunda Ermənistanın daha çox müharibə cinayətlərinə yol verməsi də özünü qabarıq büruzə verir. Artıq faktdır ki, təcavüzkar ölkə ağır artilleriya qurğularından, qadağan olunmuş silahlardan, həmçinin ballistik raketlərdən istifadə etməklə Azərbaycan mülki əhalisini atəşə tutur.

O da həqiqətdir ki, artıq Dağlıq Qarabağ ərazisindən xeyli kənarda yerləşən yaşayış məntəqələri, şəhər və rayonlar atəşə tutulur. Nəticədə dinc əhali arasında ölən və yaralananlar var. Əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurulub.

Düşmən beynəlxalq hüququn norma və prinsiplərini də bu zaman  kobud şəkildə pozur. Cəbhədə vəziyyət gərginləşəndən Ermənistan silahlı qüvvələrinin ətrafdakı yaşayış məntəqələrini istifadəsi qadağan olunan silahlardan atəşə tutması davam edir. Ermənistanın Gəncə və Mingəçevirdə mülki əhaliyə qarşı “SKAD” raketindən istifadə etdiyi bəlli olub. Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı bütün bunların yeni durum yaratdığını yazır. Bununla bağlı qəzetin hazırladığı analizdə qeyd edilir: “Moskvadakı üçtərəfli danışıqlar sayəsində Azərbaycan və Ermənistan hərbçiləri arasında əldə edilən atəşkəs Dağlıq Qarabağdakı vəziyyətin gərginliyini qismən azaldıb. Bütün cəbhə boyu aktiv döyüşlər böyük ölçüdə dayandırılıb. Eyni zamanda, Ermənistan və Azərbaycanın hərbi qurumları sanki bir-birini dərhal Qarabağ münaqişəsi zonasında atəşkəsi pozmaqda günahlandırıb. Hər iki döyüşən tərəfdən siyasətçilər də bu polemikaya qatılıb. Azərbaycan Prezidenti İlham Əliyev “RBK” telekanalına müsahibəsində Ermənistanla Dağlıq Qarabağ naminə münaqişədə qərarlı olduğunu bildirib: “Sona qədər gedirik. Dayanmamışıq. Hədəfimiz dəyişməz olaraq qalır: bütün dünya ictimaiyyəti tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyünün bərpası, azərbaycanlıların ənənəvi yaşayış yerlərinə qayıtması”. Öz növbəsində, tanınmamış “Dağlıq Qarabağ Respublikasının prezidenti” Araik Arutyunyan 1990-cı illərin ilk Qarabağ müharibəsi veteranlarının Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüş əməliyyatlarına cəlb olunduğunu elan edib. “Vəziyyət ölümcüldür. Könüllülərlə aktiv görüşlərim var. Birinci Qarabağ müharibəsinin iştirakçıları mübarizəyə qoşulur”. Münaqişə tərəfləri hələ də uzaq mənzilli ağır silah sistemlərinin istifadəsi ilə bir-birlərinə ara-sıra atəş etməyə davam edirlər. Hadisə yerindən çoxsaylı foto və video görüntülər Ermənistanın “Toçka” və “Elbrus” əməliyyat-taktiki kompleksləri ilə “Smerç” raket sistemlərinin istifadəsini göstərir.

Oktyabrın 11-i gecəsi Azərbaycanın Gəncə şəhəri atəşə tutulub. Elə həmin gün Azərbaycan hərbi qurumu rəsmi “YouTube” kanalında müəyyən hava hədəfinin ələ keçirilməsi videosunu yayımlayıb. Kadrlarda adı açıqlanmayan hava hücumundan müdafiə sisteminin komanda məntəqəsində yerləşdirilən hərbçilərin hədəfi necə istiqamətləndirdiyi və onu məhvetmə əmri verdiyi görünür. Hərbi ekspert Aleksey Ramm videodakı hədəflə bağlı bildirir: “Yüksək sürətlə hərəkət edir və işləyən raket mühərrikinin xarakterik izini qoyur. Azərbaycan hərbçilərinin “Toçka” və ya “Elbrus” raketlərinin ələ keçirilməsini göstərdiyini güman etmək olar. Bakı Mingəçevirə bu cür sistemlərlə atəş açma faktlarını bir neçə dəfə bildirib. Məsələn, oktyabrın 4-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter”də Ermənistan Silahlı Qüvvələrinin bu sənaye şəhərinə raket hücumu başlatdığını yazıb”. Hərbi mütəxəssis vacib bir detalı vurğulayır: ilk dəfə münaqişə tərəfləri zenit-raket komplekslərindən fəal şəkildə istifadə etməyə başlayıblar: “Dağlıq Qarabağdakı müharibədə Rusiyanın “S-300” zenit sistemləri ilə silahlanmış dövlətlərin ilk silahlı toqquşması olduğuna inanmaq üçün bütün əsaslar var”. “S-300” sistemi böyük sənaye və inzibati obyektləri, hərbi bazaları və komanda məntəqələrini düşmən aviasiya-kosmik hücum silahlarının: təyyarələrin, qanadlı və ballistik raketlərin hücumlarına qarşı müdafiə etmək üçün nəzərdə tutulub. “300” modifikasiyasından asılı olaraq obyektlər 75 ilə 200 km aralığında tutulur. Sistem avtomatik olaraq hədəfləri təyin edir, tutur və izləyir, raketlərə rəhbərlik edir.

Hərbi Elmlər Akademiyasının professoru Vadim Kozyulin Suriyada Rusiya Aerokosmik Qüvvələri tərəfindən “S300”ün istifadəsinin, həqiqətən, məsuliyyət bölgələrində uçuşa qadağan bölgə tətbiq etdiyini söyləyir: “S-300” sayəsində Amerika və İsrail təyyarələrinin Suriya hökumət qüvvələrinin mövqelərinə hava zərbələri endirməsi qeyri-mümkün olub. Hətta 2017-ci ildə ABŞ “Tomahawk” qanadlı raketlərinin Şəyrat hava bazasına hücumu belə, raketlərin Rusiyanın “S-300”nün məsuliyyət zonasına düşməməsi üçün planlaşdırılmışdı”. Azərbaycan “300”ün ən müasir ixrac modellərindən biri olan “S-300PMU-2” sistemi ilə silahlanıb. Artıq 2010-cu illərin əvvəllərində Bakının bu qurğuların üç hissəsini aldığı məlumdur. Ancaq Ermənistanın “300” sistemi o qədər də müasir deyil. “Military Balance-2020”-yə görə, bu ölkə “S-300PS” və “PT” kompleksləri ilə silahlanıb. Onlar 1980-ci illərin buraxılışıdır. Dağlıq Qarabağdakı münaqişə zamanı həmin sistemlərin məhv edilməsi Azərbaycan Silahlı Qüvvələri üçün prioritet vəzifələrdən biri olub. İrəvanda da olduğuna görə, Bakı praktik olaraq təyyarələrdən istifadə etmir. Mütəxəssislərin fikrincə, “Su-25” həmlə təyyarəsindən erməni qoşunlarının mövqelərinə zərbə endirmək və uyğun ehtiyatlara atəş açmaq üçün fəal şəkildə istifadə etmək olar.

İndi Azərbaycan və Ermənistan hərbçilərinin təqdim etdiyi son məlumatlardan belə çıxır ki, döyüş əməliyyatları bərpa edilərsə, əvvəlki kimi, eyni uzaq mənzilli çoxsaylı raket sistemləri və əməliyyat-taktiki kompleksləri ilə aparılacaq. Buna görə mülki əhali arasında məhv və itkilər azalmayacaq”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ