Türkiyə Respublikasının Kayseri şəhərindən Cem Küçüktürk Prezident İlham Əliyevə müraciət edib.
“Sizə böyük hörmətlərimi çatdıraraq Türkiyədə hər bir kəsin ürəyinin, canının bir hissəsinin Azərbaycandakı qardaşlarımızın yanında olduğunu bildirirəm.
Şəhidlərinizə görə başda Siz olmaqla Azərbaycan xalqına başsağlığı verir, yaralılara şəfa diləyirəm. Allahım hamınızın yar və yardımçısı olsun.
Yaşamış olduğunuz xain hücum haqqında eşidəndə mütəəssir oldum. Amma əmin idim ki, Azərbaycan bu təcavüzün də öhdəsindən gələcək.
Düşməniniz düşmənimizdir, Sizə xainlik edən bizə xainlik etmişdir.
Qələbənizə mübarək olsun deyir, bütün türk milləti adından yanınızda olduğumuzu bildirirəm” - deyə Cem Küçüktürk Prezident İlham Əliyevə müraciətində bildirir.
Baki-xeber.com