“Ədirnə Bələdiyyə Məclisindəki siyasi partiyaların qrup rəhbərləri kimi sentyabın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi və beynəlxalq hüququ pozaraq Azərbaycanın mülki yaşayış məntəqələrini və əsgərlərini ağır silahlarla hədəf alan hücumlarını qınayırıq.
Bu hücum və Tovuz hadisələri bir daha göstərdi ki, Ermənistan bölgədə daimi sülh və sabitliyin bərqərar olmasına ən böyük maneədir. Azərbaycanın beynəlxalq hüquqdan irəli gələn özünümüdafiə hüququ çərçivəsində xalqını qorumaq və ərazi bütövlüyünü bərpa etmək cəhdlərini dəstəkləyirik.
30 ildir ki, Qarabağ Ermənistanın işğalı altındadır. Biz də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və ATƏT-in qərarlarına uyğun olaraq, bu haqsız işğala sülh yolu ilə son qoyulmasının tərəfdarıyıq. Lakin görünən odur ki, Azərbaycanın sülh siyasəti birtərəflidir.
Beynəlxalq ictimaiyyəti uzun müddət Ermənistanın işğalından və hücumlardan əziyyət çəkən Azərbaycanın yanında olmağa dəvət edirik. Bu münasibətlə Bələdiyyə Məclisimizdəki siyasi partiyalar olaraq, şəhid azərbaycanlı qardaşlarımıza rəhmət, qazilərimizə şəfa diləyir, millətimizin həmrəylik iradəsini bir daha vurğulayırıq”.
Bu fikirləri Prezident İlham Əliyevə müraciətlərində Türkiyə Respublikasının Ədirnə şəhərindən Ədirnə Bələdiyyəsinin sədri Recep Gürkan, CHP qrup rəhbəri Selcuk Çakır, AK PARTİ qrup rəhbəri Mehmet Çapoğlu, İYİ PARTİ qrup rəhbəri Necamettin Attay, MHP qrup rəhbəri İsmail Demirhan bildiriblər.
Baki-xeber.com