Azərbaycan radiosunun baş redaktoru Şəfəq Əlixanova və “Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanov Prezident İlham Əliyevə müraciət edib: “Sizinlə, millətimizin qeyrətli, böyük oğlu ilə fəxr edirik. Bu çətin sınaq günlərində Sizin göstərdiyiniz dəyanət, yüksək siyasi və hərbi taktika bütün dünyanı heyrətləndirir, düşməni məhv edir. Var olun!
Başda Siz olmaqla, qəlbi bu millətin qəlbi ilə döyünən bütün Vətən oğullarına daha böyük zəfərlər arzulayırıq. Azərbaycana qələbə sevincini yaşatmağınız ən böyük duamızdır.
Allah Sizi qorusun! Yaşasın Qarabağ, Azərbaycan!
Qəlbimiz, ürəyimiz, bütün varlığımızla Sizin yanınızdayıq”.