“Son günlər Qarabağla bağlı baş verən hadisələr, torpaqlarımızın düşmən işğalından azad edilməsi istiqamətində atdığınız addımlar, etdiyiniz çıxışlar milyonlarla azərbaycanlı kimi, mənə də böyük ruh verir və Sizinlə fəxr edirəm. Rəhbərliyiniz altında Vətənə, dövlətə, xalqa xidmət etmək böyük şərəfdir.
İnanıram ki, tezliklə “Mədəniyyət” kanalında canlı yayımla incəsənət xadimləri Qarabağımızda, üçrəngli bayrağımız ətrafında toplanıb qələbəmizi, zəfər günümüzü birlikdə qeyd edəcəyik!
Uca Tanrı Sizi və xalqımızı qorusun!”
Bunu Prezident İlham Əliyevə məktubunda Əməkdar artist Ramil Qasımov yazıb.
Baki-xeber.com