Bakıdan BDU-nun professoru Hikmət Əlizadə Prezident İlham Əliyevə müraciət edib.
“Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun Qarabağın işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində torpaqlarımızın düşməndən təmizlənməsi hamı kimi, mənim də qəlbimi fəxarət hissi ilə doldurur.
Sizin möhkəm siyasi iradəniz, faktları arqumentlərlə sübut etmə, vaxtında qərar vermə və müdrik idarəetmə keyfiyyətləriniz əsgərlərimizin daha rəşadətlə qələbələr əldə etməsini şərtləndirir.
Gənclərimizin vətənpərvərlik hissləri ilə tərbiyə edilməsində böyük rolu olan bütün müəllimlər kimi, mən də hər an ön cəbhədə əsgərlərimizlə bir yerdə Vətən uğrunda vuruşmaqdan qürur hissi keçirərdim” - deyə professor H.Əlizadə ölkə başçısına müraciətində qeyd edir.
Baki-xeber.com