“Sizə ulu öndərin layiqli davamçısı kimi müraciət edərək, Sizinlə qürur duyduğumu deyirəm.
Mən Qarabağ qazisiyəm. Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovla çiyin-çiyinə döyüşmüşəm. 57 yaşım olsa da, bir çağırışınız yetər ki, Azərbaycan dövlətinin bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edim. Canımı Vətən yolunda fəda etməyə hazıram.
Siz xalqımızın, bütün azərbaycanlıların qəhrəmanısınız. Allah Sizi qorusun.
Qürurla deyirik: Qarabağ Azərbaycandır!”
Bunları Bakının Xətai rayonundan Muradov İltifat Səfərəli oğlu Prezident İlham Əliyevə müraciətində vurğulayıb.
Baki-xeber.com