Qobustan rayonundan Qarabağ müharibəsi veteranı Elçin Əmiraslanov da Prezident İlham Əliyevə məktub yazıb: “Bu tarixi gün münasibətilə Sizi, xalqımızı ürəkdən təbrik edirəm. İnanıram ki, Sizin rəhbərliyiniz altında yaxın vaxtlarda Şuşada, Ağdamda, Xankəndidə, bütün işğal olunmuş ərazilərimizdə üçrəngli Azərbaycan bayrağı dalğalanacaq.
Biz - keçmiş döyüşçülər günü bu gün də Vətən yolunda Sizin rəhbərliyiniz altında, qanımızdan, canımızdan keçməyə hazırıq. Sizin siyasi kursunuzu, hərbi siyasətinizi dəstəkləyir və alqışlayırıq.
...Elə başa düşülməsin ki, mən özümü kənarda qoymaqla azadlığa nail olmağımızı istəyirəm. Sizə çox məsuliyyətlə bildirirəm ki, Vətən uğrunda canımı, qanımı belə verməyə hazıram.
Bu çətin, lakin şərəfli işinizdə Tanrı Sizə və millətimizə yar olsun!”
Baki-xeber.com