“Mən sadə cümlələrlə, ürək sözlərimlə Sizə təşəkkür etmək istəyirəm. Harada yaşamağımızdan asılı olmayaraq, hamımız Sizin arxanızda dağ kimi dayanmışıq. Sizin dediyiniz hər bir sözün, hər bir bəyanatın arxasında xalq dayanıb.
Sizin hər çıxışınız dünyaya səs salır, düşmənlərə, hətta güclü dövlətlərdən olan havadarlara meydan oxuyur, Azərbaycanın qəti mövqeyini ortaya qoyur.
Var olun, yüz yaşayın. Azərbaycan var olduqca, Siz də yaşayacaqsınız. Azərbaycan isə hər zaman var olacaq, deməli, Siz də yaşayacaqsınız”.
Bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Prezident İlham Əliyevə göndərdiyi müraciətdə Ağayev Ələsgər Tofiq oğlu bildirib.
Baki-xeber.com