Bazar günü günü, 18 oktyabr 2026
     

Məhərrəm Əliyev: "Heç bir vətəndaşımızın qanı yerdə qalmayacaq"

Image


Təcavüzkar Ermənistanın barbarlıq və faşizm ideologiyasından əl çəkməyərək, cəbhə xəttindən kilometrlərcə uzaqlıqda yerləşən, heç bir hərbi məqsədli obyektlərə aidiyyətı olmayan ərazilərimizi, şəhərlərimizi, dinc əhalimizi hədəfə alması bir daha sübut edir ki, düşmənin bu qədər aqressivləşməsi onun Qarabağ cəbhəsində aldığı ağır, sarsıdıcı məğlubiyyətləri ilə barışmamasıdır, həzm etməməsidir

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev erməni silahı qüvvələrinin Gəncə şəhərinə raket zərbəsi endirməsini, nəticədə mülki vətəndaşlarımızın həyatını itirməsini və çox sayda qadın və uşaqların yaralanmasını şərh edərkən deyib.

General-polkovnik bildirib ki, rəşadətli Silahlı Qüvvələrimizin zəfər yürüşü istər işğalçı Ermənistanı, istərsə də onların marioneti olan qondarma, saxta “dqr”i ciddi şəkildə təlaşlandırıb və nəticədə düşmən yenidən masa arxasına oturmaq çağırışları etdi: “Bildiyimiz kimi, Moskvada XİN rəhbərlərinin görüşü oldu və 11 saat davam edən görüşdə humanitar atəşkəs əldə edildi. Lakin biz nəyi müşahidə etdik? Hətta danışıqların getdiyi bir zamanda, eyni zamanda danışıqlar bitdikdən sonra düşmən sakit dayanmadı, əksinə daha da aqressiv və qanlı əməllərə rəvac olan addıma getdi. Bütün bunlardan sonra növbəti dəfə sübut olundu ki, humanizm ifadəsinin qarşı tərəfə ümumiyyətlə aidiyyətı yoxdur. Hesab edirəm ki, işğalçılar bütün bunlara görə mütləq cavab verəcəklər və məsuliyyət də birmənalı olaraq Ermənistan rəhbərliyinin üzərində düşür”.

Beynəlxalq qurum və təşkilatların, insan haqları təşkilatlarının Gəncə şəhərinə endirilən raket zərbəsindən dərhal sonra nəyə görə heç bir bəyanat, şərh verməmələri sualını da cavablandıran Məhərrəm Əliyev bildirib ki, belə bir münasibətin nümayiş olunması hiddət doğurur və beynəlxalq aləmdə nüfuzu olan qurumlar bu vəhşiliyə, barbarlığa qarşı susqun davranmamalıdırlar: “Artıq dünyanın bir çox aparıcı media qurumları Gəncədə baş vermiş hadisəni işıqlandırıblar, dünya ictimaiyyəti hadisədənxəbərdardırlar. Düşünmürəm ki, beynəlxalq təşkilatlar həmin hadisədən xəbərsizdirlər, sadəcə təəssüf ki, biz bir daha müxtəlif bənzər məqamlarda müəyyən ikili standartları müşahidə edirik və əslində belə qeyri-müəyyənliklər bizi narahat etmir. Ancaq buna baxmayaraq, dünya ictimaiyyətinin, çoxsaylı ictimai-siyasi dairələrin kəskin etirazlarını da gözləyirik. Çünki ortada insanlarımızın həyatını itirməsi, mülki vətəndaşlarımızın təhlükə altında olması faktı var və buna görə susqun qalmağın özü də işğalçı cinayətkarlara, qatillərə dolayısı ilə haqq qazandırmaq görüntüsünü yaradır. Halbuki haqq, ədalət Azərbaycanın tərəfindədir və bunu Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları dəfələrlə vurğulayıb. Düşmən layiq olduğu cavabını bundan sonra da alacaq, cinayətlərinə görə cəzalandırılacaq. Bu gün biz dövlət başçımızın tvitter hesabındakı qeydində də bu gerçəkliyi gördük. O, vurğulayıb ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətinə görə məsuliyyət daşıyır və Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək”.

General-polkovnik bir sıra dairələrin Rusiya ilə Azərbaycan arasındakı münasibətləri pozmağa yönəlmiş fəaliyyəti məsələsinə də toxunaraq bildirib ki, Rusiyanın bir qrup KİV-ləri dezinformasiya və yalan xarakterli məlumatlar yaymaqla, xüsusilə iki ölkə arasında yanlış düşüncələrin yaradılmasına, bu vasitə ilə mövcud münasibətlərə xələl vurmağa cəhd edirlər: “İnanıram ki, sağlam düşüncəli insanlar bu cür "jurnalist"lərin, "bloger"lərin uydurduqları yalanlara inanmırlar və yaxşı bilirlər ki, feyk xəbərlər nəticəsiz qalır. Daha doğrusu, saxta informasiyalar həqiqəti, reallığı üstələyə bilmir. Bu baxımdan, ölkələrimiz arasındakı münasibətləri pozmağa çalışanlar istədikləri nəticələri vermir. Elə Gəncədə baş vermiş düşmən təxribatından sonra dünyanın ən aparıcı media qurumlarının hadisəni doğru istiqamətdə işıqlandırmaları da əvvəlcə yayılan feyk xəbərlərin üzərindən çalın-çarpaz xətlər çəkmiş oldu”.

Xarici ölkələrdən Ermənistana humanitar yardım adı altında silah-sursatların göndərilməsi faktlarına da toxunan Məhərrəm Əliyev vurğulayıb ki, bu gün münaqişə tərəflərini atəşkəsə dəvət edən ölkələrin humanitar yardım adı altında məhz qəsbkarlara, işğalçılara silah göndərmələri faktları hiddət və təəssüf doğurur: “Məgər həmin ölkələr bilmirlərmi ki, qanunsuz yollarla, eləcə də bütün aviadaşıyıcılıq konvensiyalarını pozmaqla göndərdikləri müxtəlif cür silah-sursatlar dinc sakinlərimizə, mülki vətəndaşlarımıza, uşaqlarımıza, qadın və yaşlılarımıza qarşı tətbiq olunur? Yuxarıda da qeyd etdiyim kimi, bax bu cür amillər bizləri bir daha düşünməyə, nəticə çıxarmağa vadar edir”.

“Ermənistanın hər zaman xarici ölkələrin əllərində maşa rolunu oynadığı sirr deyil”, deyən Prezidentin hərbi məsələlər üzrə köməkçisi hesab edir ki, bundan ən çox əziyyət çəkən də məhz sadə erməni xalqı olur: “Bunun bilavasitə günahkarı Ermənistanın cinayətkar rejiminin baş naziri Nikol Paşinyandır. Onu nə xalqın, nə də ölkənin taleyi maraqlandırmır, onu maraqlandıran yeganə məsələ Sorosa xidmət etmək, onun əmrlərini yerinə yetirməkdir. Əbəs deyil ki, Paşinyan müxtəlif siyasi dairələrdə siyasi fiqur olaraq qiymətləndirilmir, əksinə o siyasi alət, oyuncaq olaraq istifadə olunur. Bunu dünyanın bütün siyasi cameəsi də bilir və dərk edir. Yəni fakt budur ki, Ermənistan illərdir ki, digər dövlətlər üçün oyun məkanına çevrilib. Bu gün Ermənistan xalqının ac, səfil və ölkənin bütün regional və beynəlxalq layihələrdən kənarda qalması da bunu isbatlayır. İndi də Azərbaycana qarşı qısqırdılan işğalçı ölkənin hərbi-siyasi hakimiyyəti, xunta rejimi növbəti dəfə erməni diasporunun dəstəyi sayəsində müxtəlif terror qruplaşmaları ilə anlaşmaya girir, regionda yeni terror küləyi əsdirməyə cəhdlər göstərirlər. Məhz bu kimi qanlı əməllər fonunda Paşinyan özünün primitiv rolunu oynamaqda davam edir. Əlbəttə ki, erməni baş nazir bunun da əziyyətini çəkir və çəkməkdə də davam edəcək”.

Məhərrəm Əliyev bir daha vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin erməni tərəfindən fərqli olaraq mülki əhali ilə heç bir işi yoxdur, Azərbaycan əsgəri onun torpağına göz dikən, işğal etmək istəyən düşmən əsgərini, onu idarə edən hərbi-siyasi rəhbərliyi hədəfə alıb: “Vaxt gələcək və torpaqlarımız tam işğaldan azad olunandan sonra erməni xalqının bu torpaqlarda yaşamaq imkanı tanınacaq, onlar da Azərbaycan vətəndaşı kimi bütün hüquqlardan istifadə edəcəklər. Azərbaycan insan hüquqlarını bütün konvensiyalar əsasında tanıyan tolerant, sülhpərvər ölkədir. Lakin, təəssüf ki, bu gün Ermənistanda əsrlərdən bəri formalaşmış anti-Türk, anti-Azərbaycan baxışı kök salıb. Bizə qarşı qəsbkarlıq, kirli məqsədlər üçün yaradılan bu fobiya sanki düşmənin qanına qədər işləyib. Amma buna baxmayaraq, biz hər zaman sülhün tərəfdarı olaraq çıxış edirik. Bu sülhə qarşı çıxan təcavüzkar və işğalçılara isə hər zaman cavab vermişik, bundan sonra da verəcəyik”.

“Düşmən onlara verilən son şansdan istifadə edə bilmədi”, deyən Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Azərbaycan Ordusunun bundan sonra hansı tədbirlər görəcəyi ilə bağlı sualı da cavablandırıb. Vurğulayıb ki, Silahlı Qüvvələrimiz öz mövqelərində mətinlə, qəhrəmanlıqla dayanıblar və yağı düşmənin istənilən xain hücumlarına ağır zərbələrlə cavab verir: “Biz unutmamalıyıq ki, cənab Ali Baş Komandanımız xalqa müraciətlərində dəfələrlə və qətiyyətlə hər kəsi əmin edib ki, şanlı bayrağımız işğaldan azad olunacaq bütün ərazilərimizdə dalğalanacaq, bir qarış torpağımız belə işğal altında qalmayacaq və bu proses uğurla davam edir. Kimsənin şübhəsi olmasın ki, işğalçı qüvvələrə qarşı başlatdığımız əks-hücum və anti-terror əməliyyatlarımız dayanıb, əksinə, bu əməliyyatlar tam ardıcıllığı ilə davam etdirilməkdədir. Müdafiə Nazirliyinin xalqa və geniş ictimai kütləyə təqdim etdiyi xüsusi video materiallardan da hər şey açıq-aydın qaydada izah olunmaqdadır. Biz davam etdirilən haqlı, ədalətli mübarizəmizdə yalnız qələbəmizə hesablanmış addımlarımızı atırıq, bundan sonra da atacağıq. Düşmənin xain zərbəsi nəticəsində həyatlarını itirmiş mülki və hərbiçi vətəndaşlarımızın ailələrinə Allahdan rəhmət diləyir, yaralananlara isə şəfa arzu edirəm. Bildirmək istəyirəm ki, onların heç birinin qanı yerdə qalmayacaq. Bir qədər təmkinli olaq, səbr nümayiş etdirək və Azərbaycan xalqının sevincinə səbəb olacaq qələbə xəbərlərini gözləyək".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ