Azərbaycan hökumətinin Gəncəyə xarici diplomatların səfərinə dəstək verməsi və tanışlıq üçün onlara geniş şərait yaratması çox əhəmiyyətli tarixi addımdır.Xarici diplomatlar erməni vandalizminin bütün qanlı cinayət izlərini yerindəcə öz gözləri ilə gördülər.
Bu diplomatlara Ermənistanın terror və antihumanist dövlət olduğunu sübut etməyə daha ehtiyac qalmayacaq.Bütün dünya əmin oldu ki, Ermənistan dinc insanları nüvə başlığı daşıya bilən ballistik orta mınzilli raketlərlə vurmaq dərəcəsində sivil dünyada payı olmayan bir ölkədir.Hikmət Hacıyevin müşayiəti ilə Gəncə və Mingəçevirə səfər etmiş xarici diplomatların birbaşa rəyləri və ölkələrinə göndərəcəkləri rəsmi hesabatların mühüm cari və strateji əhəmiyyəti var.Azərbaycan hökuməti sərrast addım atlb.Bu diplomatların rəy və təəssüratları ölkələrinin münaqişəyə yanaşmalarının daha da dəqiqləşməsinə təsir edəcək, eyni zamanda onların rəsmi hesabatları Ermənistanın təcavüzkarlıq tarixinin araşdlrılmasında qiymətli mənbələrdən birinə çevriləcək.Ermənistan hərbi və insanlıq cinayətlərinə görə mütləq Beynəlxalq Cinayət Məhkəməsinə veriləcək, idealizə etdiyi faşist Almaniyasının lider və ideoloqları kimi...Diplomatların bu günkü rəsmi rəy və hesabatları Ermənistana qarşı Beynəlxalq Cinayət məhkəməsində təsirli ittiham və sübut faktına çevriləcək. Osmanlı dövlətinin tarixindən analoji olan bir hadisəni xatırlamaq və müqayisə aparmaq yerinə düşür.1894-cü ildə Bitlisin bir kəndində guya 1000 erməninin türklər tərəfindən qətlə yetirildiyi üzərində qaldlrılan hay-küyə cavab olaraq sultan Əbdülhəmid 4-5 samballı ölkənin- Rusiyanın, Fransanın, Almaniyanın , Britaniyanın və s.səfirlərindən ibarət qrupu həmin kəndə göndərir və aydınlaşdırır ki, orada cəmi 10-12 erməni ölüb, həm də kürdlərlə örüş sahəsi üstündə toqquşmada ölüblər, kürdlərdən də ölənlər olub, ermənilər öldürüb, həm də toqquşmanı sakitləşdirən osmanlı polisindən də ölənlər olub.Həqiqət belə olub. 126 il əvvəl Osmanlıda ermənilərin saxta genosid hay-küyünü xarici diplomatlar ifşa etdiyi kimi, bu gün də Gəncədə xarici diplomatlar ermənilərin törətdiyi əsil hərbi və insanlıq cinayətlərini gördülər.126 il əvvəl xarici diplomatların hesabatı uydurma etməni genosidini ifşa etmək üçün tutarlı fakt oldu, Gəncəyə getmiş diplomatların hesabatları isə Ermənistana qarşı Beynəlxalq Cinayət məhkəməsində tutarlı ittiham faktı olacaq...
Aydın QULİYEV