Bazar günü günü, 18 oktyabr 2026
     

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq təşkilatlara müraciət etdi

Image


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq təşkilatlara müraciət edib. Müraciətdə deyilir:

 

Rusiya tərəfinin təşəbbüsü əsasında oktyabrın  9-10-da Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici işlər nazirlərinin bəyanatı qəbul edilib.

Bəyanat Rusiya Federsiyasının Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq Prezident Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Panşinyan arasında əldə olunmuş razılığa əsasən hazırlanmışdır.

Bəyanatın birinci bəndində 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunması nəzərdə tutulmuşdur.

Çox təəssüf ki, erməni tərəfi humanitar atəşkəsin elan olunmasına baxmayaraq özlərinin mənfur xislətinə uyğun olaraq atəşkəsi pozmuş, bütün cəbhəboyu-Hadrut qəsəbəsi, Fizuli və Cəbrayıl rayonları istiqamətindəki yaxın ərazilərdəki yaşayış məskənlərini atəşə tutmuşlar. Hətta Azərbaycan ordusu tərəfindən azad edilmiş Suqovuşanda ölmüş erməni əsgərlərinin cəsədləri toplanarkən erməni slahlı qüvvələri üzərinə ağ bayraq sancılmış sanitar maşınını atəşə tutmuş, nəticədə tibb işçisi ağır yaralanmışdır.  Atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər tərəfindən Azərbaycan Respublikasının bir sıra rayonlarına 548 mərmi atılıb. Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi dinc əhaliyə məqsədyönlü şəkildə hücum edir.

Oktyabrın 11-də gecə saat 4 radələrində cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistanın siyasi və hərbi rəhbərliyinin göstərişi ilə raket hücumuna məruz qalmışdır. Hücum nəticəsində 9 mülki şəxs (o cümlədən 4 qadın) həlak olmuş, 34 nəfərdən çox dinc sakin isə yaralanmışdır. 1949-cu il Cenevrə konvensiyasını kobud şəkildə pozaraq dinc əhaliyə qarşı törədilən bu vəhşilik Ermənistanın XX əsrin əvvəllərindən Azərbaycan xalqına qarşı başlatdığı soyqırım siyasətinin davam etdirilməsinin sübutudur. Gəncə şəhərində  dinc sakinləri hədəfə alması Ermənistanın bu günə qədər olduğu kimi, yenə də beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və konvensiyaları heçə saydığı anlamına gəlir.

BMT başda olmaqla Avropa Birliyi, ATƏT-in üzv dövlətləri və digər beynəlxalq təşkilatlar, bir sıra dövlətlər, o cümlədən ABŞ, Rusiya, Almaniya, Fransa (bu ölkənin prezidenti E.Makronun xüsusi canfəşanlıq etdiyini vurğulamaq gərəkir) atəşin dayandırılması ilə bağlı Azərbaycan dövlətinə və onun rəhbərinə dəfələrlə müraciətlər etmişdilər. İndi bu qurumların və dövlətlərin atəşkəs əldə olunanda Azərbaycanın dinc əhalisinə, o cümlədən Gəncə şəhərində yaşayan mülki vətəndaşlara qarşı Ermənistanın törətdiyi vəhşiliklərə biganə qalmaları təəssüf və təəccüb doğurur. İkili standartlara söykənən bu birtərəfli və ermənipərəst mövqe də tərəfimizdən başa düşülən deyildir.

Ermənistan öz ərazisindən Azərbaycanın döyüş bölgələrindən uzaq yaşayış məntəqələrini atəşə tutduğu halda, Rusiya tərəfi Ermənistan ərazisinə hücum edildiyi təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işə qarışacağını dilə gətirir... Bu da demokratiyanın yeni təzahürüdür. Ermənistan hakimiyyətinin humanitar atəşkəsi kobudcasına pozması bu atəşkəsə çağırış edən ATƏT-in Minsk qrupunun həmsədrlərinə, ilk növbədə vasitəçi rolu oynayan Rusiyaya qarşı hörmətsizlik kimi başa düşülməlidir. Əgər bu qurumların Ermənistana heç bir təsir imkanları yoxdursa, deməli əhəmiyyəti də yoxdur.

Halbuki, insanlığa sığmayan bu hərəklərə beynəlxalq təşkilatlar, həmçinin ATƏT-in üzvü və əsas güc sahibləri olan dövlətlər təcili reaksiya verməli, Ermənistana yerini göstərməli idilər.

Ermənistan isə bundan faydalanaraq Moskvada əldə edilmiş razılaşmaya açıq-aydın hörmətsizlik göstərməklə Cənubi Qafqazı nəticələri faciəvi ola biləcək  müharibənin yeni mərhələsinə təhrik edir.

Biz - Azərbaycanda fəaliyyət göstərən həmkarlar ittifaqları təşkilatları sizləri Ermənistanın bu anti humanist, anti bəşəri hərəkətlərini – dinc əhaliyə, o cümlədən qadınlara, uşaqlara, əlillərə, qocalara qarşı törətdikləri vəhşilikləri dayandırmaq üçün öz nüfuzumuzdan istifadə etməklə müvafiq addımlar atmağa çağırırıq.

Ermənistanın bütün dünyanın gözü  qarşısında bu qədər müharibə cinayətləri törətməsi onlar üçün yaradılan cəzasızlıq mühitindən irəli gəlir. İnsani dəyərlərə söykənən beynəlxalq hüquq və beynəlxalq humanitar qanunların, konvensiyaların tələblərinə əməl edilməməsinə qarşı mübarizə aparılmasında yalnız bir standart – ədalət standartı olmalıdır. Ermənistan tərəfindən addımbaşı bu prinsiplərin pozulmasına biganəlik göstərilməsi isə bəşəri dəyərlərin əsaslarını laxladır.

Hesab edirik ki, siz bizim haqq səsimizi eşidərək Ermənistanın Azərbaycanın dinc sakinlərinə, o cümlədən Gəncə şəhərində yaşayan mülki əhaliyə qarşı həyata keçirdiyi vandalizm hərəkətlərini qətiyyətlə pisləyəcək, işğalçının cəzalandırılması üçün lazımi addımlar atacaqsınız.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

Hazırladı: Namiq QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ