Bazar günü günü, 18 oktyabr 2026
     

Ermənilərin dinc azərbaycanlılara davamlı hücumu Xocalı genosidinin davamı kimi nəzərdən keçirilir...

Image


Qarabağ cəbhəsində düçar olduğu böyük uğursuzluq terrorçu Ermənistanın başqa yollara, daha iyrənc üsullara əl atması ilə nəticələnib. Terrorçu ölkənin siyasi-hərbi rəhbərliyi öz uğursuzluğunu ört-bastır etmək üçün tarixdə analoqu olmayan cinayətlər törətməkdə davam edir.

Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən düşmən sentyabrın 27-dən başlayaraq ardıcıl olaraq yenidən ölkəmizin şəhər və kəndlərini, yaşayış məntəqələrini uzaqvuran raketlərlə, artilleriya silahları ilə atəşə tutur, mülki əhalimizi qətlə yetirir, ağır şəkildə yaralayır. Ermənistan nəinki cəbhəyanı yaşayış məntəqələrimizdə bu kimi cinayətlər törədir, bildiyimiz kimi, cəbhədən çox-çox uzaqda yerləşən şəhərlərimizi, qəsəbələrimizi də atəşə tutur, düşmən ölkənin hücumu nəticəsində insanlarımız həlak olurlar.

Son günlər düşmən ölkə respublikamızın ikinci böyük şəhəri Gəncəni bir neçə dəfə atəşə tutub.

Ermənistan ordusunun Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 9 nəfər həlak olub, 40-a yaxın şəxs yaralanıb.

Məlum olduğu kimi, işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutaraq terror əməllərini davam etdirir.

Öz cinayətlərini Azərbaycanın digər şəhərlərinə qarşı da davam etdirən Ermənistan Mingəçevir, Bərdə, Ağdam, Beyləqan, Goranboy və digər şəhərlərimizi də tez-tez atəşə tutur.

Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin özü də açıq şəkildə bildirib ki, bizim hədəfimiz Azərbaycanın dinc əhalisidir, onları öldürmək, ev-eşiklərini dağıtmaq, onları xof, qorxu içində yaşatmaq istəyirik.

Ermənistanın Gəncəyə və digər yaşayış məntəqələrimizə qarşı həyata keçirdiyi terror aktları onu deməyə əsas verir ki, düşmən ölkə Azərbaycanda ikinci Xocalı soyqırımını gerçəkləşdirməyi planlaşdırır. Belə olmasaydı, Ermənistan dinc əhalini, mülki şəxsləri, qadınları, uşaqları, qocaları hədəfə almazdı. Bu, açıq göstərir ki, Ermənistanda yenə də uşaq qatilləri meydandadır və onlar cəzasız qaldıqları üçün bu mənfur əməllərini davam etdirirlər. Azərbaycan Ordusunun dinc erməni əhalisini hədəfə almadığı məlumdur, amma erməni ordusu bizim dinc əhalini öldürməyə, bizə qarşı soyqırım törətməyə hazırlaşır.

  • “...ermənilərin daxili aləminin, düşüncəsinin, psixologiyasının humanizmdən, insani hisslərdən tam uzaq olmasının göstəricisidir”

Analitik İnformasiya Mərkəzinin rəhbəri, politoloq Rasim Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, terrorçu Ermənistanın hədəfinin Azərbaycanın dinc əhalisi olduğunu bütün dünya bilir. “Əvvəla onu deyim ki, Azərbaycanın dinc, əli silahsız mülki insanlarını ermənilərin hədəfə alması, onları qətlə yetirməsi faktları yeni deyil. Biz bunun XX əsrin əvvəllərində də, sonrakı dövrlərdə də bu cür olduğunu bilirik. Ermənilər Çar Rusiyası tərəfindən Azərbaycan torpaqlarında yerləşdirildikdən sonra onların quldur dəstələri Azərbaycan xalqına qarşı saysız cinayət aktı törədib, soyqırım həyata keçiriblər. Bu, azərbaycanlılara qarşı tarixdə bir neçə dəfə soyqırım törədən ermənilərin daxili aləminin, düşüncəsinin, psixologiyasının  humanizmdən, insani hisslərdən tam uzaq olmasının göstəricisidir.

Son olaylardan sonra terrorçu Ermənistanın Azərbaycanın dinc sakinlərini müharibə gedən ərzidən deyil, öz ərasizindən atəşə tutması həm bu ölkənin yürütdüyü terror siyasəti ilə bağlıdır, həm də onların bizim əhaliyə düşmən kimi yanaşması ilə əlaqədardır. Faktiki olaraq, Gəncə də, digər yaşayış məntəqələrimiz də Ermənistan ərazisindən atəşə tutulur. Bu da açıq şəkildə onu göstərir ki, Ermənistan Azərbaycanın dinc sakinləri ilə müharibə aparır. Ardıcıl olaraq düşmən dövlət Azərbaycan xalqına qarşı bu cür mənfur siyasət yürüdür. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror aktlarının məqsədi nədir? Düşmən dövlətin əsas məqsədi dinc əhali arasında qorxu, təşviş, çaşqınlıq yaratmaq, daxili birliyi sarsıtmaqdır. Bu, Ermənistanın bizim daxili birliyimizi pozmaq üçün həyata keçirdiyi təxribatların bir hissəsidir. Ermənistan həm hərb meydanında, həm də danışıqlar masasında uduzduğunu açıq-aşkar görür. Buna görə də harada oldu, Azərbaycan ərazisində diversiya həyata keçirir. Bu həm mənəvi, həm də hərbi cəhətdən Ermənistanın keçirdiyi diversiyadır. Terrorçu Ermənistanın Azərbaycanın dinc əhalisini, xüsusən də uşaqları, qadınları, qocaları qətlə yetirməsi bu ölkənin  xalqımıza qarşı növbəti genosid planı hazırladığını deməyə əsas verir. Ermənistan növbəti soyqırım törətmək məqsədi güdür. Bu ölkənin cinayətkar davranışları bunu deməyə əsas verir.

Amma erməni terrorçuları nə qədər yaşayış məntəqələrimizi atəşə tutsalar da, nə qədər insanlarımızı yaralasalar da, qətlə yetirsələr də, Azərbaycan vətəndaşlarının milli dövlətçilik, vətənpərvərlik hisslərini öldürə bilməzlər”.

R.Quliyev qeyd etdi ki, Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərini Moskvaya Rusiyanın Xarici İşlər naziri dəvət edirsə, orada humanitar atəşkəs haqqında razılığa gəlinirsə, hər iki dövlətin Xarici İşlər nazirləri bu razılığı öz imzaları ilə dövlət adından təsdiqləyirlərsə, atəşkəs haqqında razılığa imza atan Ermənistanın Xarici İşlər naziri özünün gəldiyi və geri qayıtdığı mülki təyyarəyə raketlər yığıb öz ölkəsinə gətirirsə, həmin raketlərdən səhərisi gün Gəncə atəşə tutulursa, burada hansı siyasətdən, səmimiyyətdən söhbət gedə bilər? R.Quliyevin sözlərinə görə, bütün bunlar Ermənistanın yürütdüyü mənfur, terrorçu siyasəti açıq şəkildə ortaya qoyur.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ