Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunur ki, söhbət zamanı Çavuşoğlu Dağlıq Qarabağda əldə olunan atəşkəs rejiminə Ermənistan tərəfinin riayət etməsi üçün Moskvanı İrəvana təsir etməyə çağırıb.