“Sədərək” firmasının kollektivi adından Yunis Qədimbəyli də Prezident İlham Əliyevə müraciət edib.
“Ölkəmiz və xalqımız, müstəqil dövlətimizin suverenliyi və ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə Sizə müraciət etməkdən böyük şərəf və qürur duyuruq.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, sentyabrın 27-si səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub, ayrı-ayrı yaşayış məntəqələrində mülki əhali arasında həlak olan və yaralananlar var, evlərə, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Ordumuzun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin hərbi qüvvəsinə böyük zərbə vurulub, işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və ərazilər azad edilib”.
Y.Qədimbəyli qeyd edir ki, “Sədərək” firması və “Sabit Mühafizə Xidməti” MMC-nin əməkdaşları Prezidentin həyata keçirdiyi siyasəti, torpaqlarımızın işğaldan azad edilməsi üçün göstərdiyi qətiyyəti yekdilliklə dəstəkləyir və hər zaman Prezidentin yanında olduqlarını bəyan edirlər.
Baki-xeber.com