“Son günlər cəbhə bölgəsindən gələn xəbərlər məni və bütün xalqımızı sevindirir və qürurlandırır. Siz və Sizin əmrinizdə olan Azərbaycan Ordusu düşmənlərımızə və bütün dünyaya göstərdiniz ki, Qarabağ uğrunda, öz torpaqlarımız uğrunda sona qədər döyüşməyə hazırıq. Bunları yazaraq Sizə dərin hörmət və dəstəyimi bildirir, hər an əmrinizdə olduğumu bir daha ifadə etmək istəyirəm. Qəlbimiz Vətən ilə döyünür. Sizin rəhbərliyiniz və Allahın köməyilə yaxın vaxtlarda torpaqlarımızı son qarışına qədər geriyə alacağımıza inanıram. Yolumuz Haqqın yoludur. Qarabağ Azərbaycandır!”.
Bu sözləri Almaniya Federativ Respublikasının Vuppertal şəhərindən Osman Dənizxanlı Prezident İlham Əliyevə ünvanladığı məktubda yazıb.
Baki-xeber.com