“Ali Baş Komandan kimi rəhbərliyinizlə torpaqlarımızın yağı düşməndən azad edilməsinə başlanması biz yaşlı nəslin nümayəndələrini də ürəkdən sevindirir. İnanırıq ki, uzun illərdən bəri istər ölkəmizin inkişafı, istərsə də ordu quruculuğu istiqamətində yorulmaz fəaliyyətiniz artıq öz bəhrəsini verdi.
Dəfələrlə vurğuladığınız kimi, xalqımızın haqq işi Qələbə çalacaq. Siz zəfər bayrağını Şuşada, Laçında və digər azad olunacaq torpaqlarımızda ucaldacaqsınız. Bu taleyüklü məsələnin həlli naminə yorulmaz fəaliyyətiniz xalqımızı bir daha ətrafınızda səfərbər edərək, daha da sıx birləşdirdi.
Sizinlə qürur duyur, fəxr edirik. Xalqımıza bəxş etdiyiniz sevincli anlara görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Qəti inanırıq ki, rəhbərliyinizlə ordumuzun həyata keçirdiyi bu müqəddəs iş nəticəsində dövlətimizin ərazi bütövlüyü təmin olunacaq. 30 ildən çox bir müddətdə ata-baba yurdlarının həsrəti ilə yaşayan köçkünlər öz doğma evlərinə dönəcəklər”.
Bu fikirlər isə Laçın rayonu Ağsaqqallar Şurasının sədri İsmayılov Ağayar Soltan oğlu tərəfindən Prezident İlham Əliyevə ünvanlanan məktubda qeyd edilib.
Baki-xeber.com