“Mən Gürcüstanda, Tbilisi şəhərində yaşayıram. Əslən Borçalıdanam. Qarabağ uğrunda mübarizə üçün Sizə, qüdrətli ordumuza özümün, ailəmin və bütün Borçalı diyarının sakinləri adından təşəkkür edir, minnətdarlığımı bildirirəm. Sizə bu zəfər yolunda yeni uğurlar arzulayıram. Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycan xalqının və dövlətinin yanındadır. Vətənin müdafiəsində, şanlı mübarizədə bizim də iştirakımız olsaydı, özümüzü xoşbəxt sayardıq, könlümüz xoş olardı. Ümid edirik ki, ordumuz bu yolda Qələbəyə doğru sonuna qədər irəliləyəcək, Qarabağda şanlı bayrağımız dalğalanacaq. Qarabağ Azərbaycandır!”.
Bu fikirləri Gürcüstan RespublikasınınTbilisi şəhərindən Ramin Pirməmmədov Prezident İlham Əliyevə yazdığı məktubda bildirib.
Baki-xeber.com