Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Ermənistan həm hərbi, həm də iqtisadi müstəvidə sürətlə tənəzzülə gedir...

Image


Cəbhədə davam edən son döyüşlər fonunda Azərbaycan ordusunun Ermənistanla müqayisədə kifayət qədər ciddi üstünlüyə malik olduğu bir daha təsdiqləndi. Bunu düşmən özü də açıq şəkildə etiraf edir. Erməni mediası artıq bu gedişlə Azərbaycanın sərt zərbələrinə qarşı müqavimətin daha çətin olacağını yazır.

  • Düşmən təşviş içindədir...

Ordumuzun sərt hücumu fonunda düşmənin müqavimət imkanları tam tükənməkdədir. Ermənistanın “Lragir” nəşri yazır ki, itirilən hərbi texnikalar Türkiyə faktoru ilə izah edilsə də vəziyyət fərqlidir. 2 erməni Su-25 təyyarəsinin dağa çırpılaraq məhv olması fonunda nəşr yazır: “Bu birləşmiş hava hücumundan müdafiə sistemi erməni tərəfini müstəqillikdən məhrum etməyibsə, müqaviləyə əsasən, “Rusiya Silahlı Qüvvələrinin hava-kosmik qoşunlarının nüvə silahının tətbiqinə qədər imkanları”ndan istifadə etmək olardısa, türk qırıcısı Ermənistan ərazisində necə təyyarə vurur? Deməli, vəziyyət fərqlidir.  Təyyarələr ya həqiqətən Azərbaycanın dediyi kimi dağlara çırpılıb, ya da başqa səbəblər var. Öz ərazisində olsa belə, KTMT-nin üzv ölkəsinə zərbə vura biləcək məsafədə yerləşdikdə birləşmiş HHM sistemi işə düşməli idi. Bu gün biz məntiqi sual səsləndiririk: Ermənistan Müdafiə Nazirliyi həmin vaxt düzgün açıqlama verib, yoxsa Rusiyanın idarəetməni praktik şəkildə yox, kağız üzərində həyata keçirəcəyini və kimdən müdafiə olunmaq, kimdən müdafiə olunmamaq lazım olduğuna müstəqil qərar verəcəyini iddia edənlər haqlıdır?” Amma məsələ təkcə bunlarla yekunlaşmır.

Məlumdur ki, döyüş əməliyyatlarının gedişində Ermənistan ordusunun S-300 hava hücumundan müdafiə sistemlərinin Xankəndidən şimalda yerləşən mövqe rayonları Azərbaycan ordusunun atəşi və zərbələri altına düşüb. Bu haqda Azərbaycan Müdafiə Nazirliyinin daha əvvəl yaydığı məlumatı Rusiya mənbələri də təsdiqləyir. “Avia.pro” portalı qeyd edir ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi kamikadze-dronun S-300 kompleksinin buraxılış qurğusuna zərbə endirdiyinə dair videokadrları paylaşıb. Lakin daha sonra məlum olub ki, Azərbaycan daha bir S-300 kompleksinə hücum edib. Həmin kompleks Xankəndindən şimalda yerləşir və həmin rayon Azərbaycan ordusunun uzaqvuran artilleriya-raket sistemlərinin atəşi altındadır. Xankəndidən şimalda erməni ordusunun S-300 sistemlərinin mövqe rayonu yerləşir və orada kompleksin radiolokasiya qurğusu, bir neçə mobil raket buraxılış qurğusu yerləşir. Bundan əlavə, erməni ordusunun “Kruq” zenit-raket kompleksinin mövqe rayonları da orada yerləşir və istisna deyil ki, həmin qurğu da atəşə tutulur. Həmin mənbə onu da yazır ki, Azərbaycan ordusu Ermənistanın silahlanmasında yer alan ən müasir Rusiya radioelektron mübarizə sistemini də sıradan çıxarıb. Belə ki, erməni ordusunun mövqelərini qoruyan “Repellent” radioelektron mübarizə sistemi Azərbaycan ordusunun kamikadze-dronu tərəfindən sıradan çıxarılıb. Rusiyanın “NTS-REB” səhmdar cəmiyyətinin istehsal etdiyi “Repellent” kiçik PUA-ların siqnallarını pozmaq üçün nəzərdə tutulmuşdu, Azərbaycanın dron-kamikadzesi də bu sinifdəndir. Lakin naməlum səbəbdən bu sistem Azərbaycan kamikadze-dronunu nəinki aşkar edə bilməyib, üstəlik, həmin dron onun özünü məhv edib. Ehtimal edilir ki, kamikadze-dronu Azərbaycanın radioelektron mübarizə sistemi qoruyub və məhz bu səbəbdən “Repellent” onu aşkar edə və qarşıya qoyulan vəzifəni yerinə yetirə bilməyib.

  • Ermənistanın müqaviməti tükənir…

Ermənistandan fərqli olaraq, Azərbaycan ordusu bu gün ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu yeni döyüş əməliyyatlarında qazanılan hərbi uğurlar da aydın surətdə göstərir. Hazırda Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal edir. Məhz bu durumda Ermənistan yeni döyüş əməliyyatlarının gedişində Azərbaycan Ordusunun gücünü və qüdrətini yaxşı bilir. Bu halda işğal altındakı torpaqlarımızın bütövlükdə qaytarılacağı, Ermənistanın buna məcbur olacağı gün yaxındadır. Hazırda davam edən əməliyyatlar göstərir ki, Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad etməyə qadir ölkədir və proseslər də məhz bu istiqamətdə gedir.

Digər tərəfdən, Azərbaycanın savaşı davam etdirmək imkanları olduğu halda Ermənistan bundan məhrumdur. Bunu millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov da xüsusi olaraq vurğulayır. O qeyd edir ki, əslində, Ermənistan yalnız ordusu ilə deyil, iqtisadiyyat baxımından da Azərbaycana uduzur: “Əvvəlki dövrlərdə də Ermənistan iqtisadiyyatını Azərbaycanla müqayisə etmək doğru olmaz. Ermənistan regionun ən zəif iqtisadiyyatına malikdir. Azərbaycan isə əksinə, bölgədə ən güclü iqtisadiyyata malikdir”. O bildirib ki, Ermənistan təxribatından sonra iqtisadiyyatının daha da zəifləməsi müşahidə olunur: “Ermənistanın milli valyutası apardığı təxribatlardan sonra dəyərini itirməyə başlayıb. Baş verənlərin fonunda Ermənistan dramı - milli valyutasının dəyərsizləşməsi davam edir. Təxribat davam etdikcə və onlar işğal olunmuş torpaqlarımızdan çıxmadıqca, Ermənistan milli məzənnəsində azalmalar müşahidə edəcəyik. Eyni zamanda, Ermənistan pandemiyadan əvvəlki dövrdə də zəif iqtisadiyyata malik idi. Rəsmi statistikaya əsasən, Ermənistanda əhalinin 25 faizi işsizdir, gənclər arasında işsizlik səviyyəsi daha yüksəkdir. Düşmən ölkənin öz rəsmi statistikasında ölkədə hər beş nəfərdən biri yoxsul hesab olunur. Amma beynəlxalq hesabatlar Ermənistanda hər üç nəfərdən birinin yoxsul olduğunu göstərir”. Ekspert bildirir ki, həm yoxsulluq, həm də işsizlik səviyyəsi Ermənistanda kifayət qədərdir, nəticə etibarı ilə bu da Ermənistan iqtisadiyyatının mövcud vəziyyətini xarakterizə edən əsas göstəricilərdən biridir. Makroiqtisadi göstəricilərdə, o cümlədən ümumi daxili məhsulda da azalmalar var. Ermənistan təxribatı iqtisadiyyatının daha da zəifləməsinə və təbii ki, diktatura rejiminin çökməsinə gətirib çıxaracaq. Çünki iqtisadiyyat zəifləyir. Paşinyan meydanda verdiyi sözlərə əməl edə bilmir, sosial baxımdan gərginlik güclənir. Mövcud iqtisadi potensialla Ermənistan, təbii ki, uzunmüddətli dövrdə müharibə aparmaq gücündə deyil. Faktiki olaraq, Azərbaycan ordusunun qazandığı qələbə Ermənistan iqtisadiyyatına təsirsiz ötüşməyib. Bu baxımdan Ermənistanın son təxribatı, nəinki Ermənistan ordusu üçün, həm də iqtisadiyyatı üçün kifayət qədər ciddi və acınacaqlı nəticələr vəd edir”.

  • Düşmən ölkənin iqtisadiyyatı tam mənada çökür…

Onu da qeyd edək ki, təxmini  hesablamalara görə, son günlər məhv edilmiş erməni texnikalarının dəyəri artıq 1 milyard dollardan artıqdır. Eyni zamanda gündəlik döyüş əməliyyatlarını aparmaq Ermənistana milyonlarla dollara başa gəlir. Bu fonda işğalçı ölkənin müharibəni davam etdirmək üçün iqtisadi gücü tükənir. Həm də nəzərə almaq lazımdır ki, iqtisadi cəhətdən 3 dəfə Azərbaycandan kiçik olan Ermənistanın hərbi büdcəsi cəmi 658 milyon dollardır. Azərbaycan ordusunun hərbi büdcəsi isə 2.3 mlrd dollar, yəni 4 dəfəyə yaxın böyükdür. Bütün bunlar döyüşdə öz sözünü deyir. Savaşın davamı üçün Azərbaycan lazımı güc və ehtiyatlara malikdir. Məsələn, Azərbaycan iqtisadiyyatının ehtiyatları kifayət qədər böyükdür və strateji valyuta ethiyatları  52 milyard dollara yaxındır. Halbuki, Ermənistanda bu rəqəm cəmi 2.6 milyard dollar təşkil edir. Burada nəzərə almaq lazımdır ki, pandemiya da  Ermənistan iqtisadiyyatına ciddi zərbə vurub. Elə Qarabağda döyüşlər başlayan kimi erməni dramının devalvasiyaya uğraması da iqtisadi vəziyyətin çox gərgin olduğunu deməyə əsas verir. Digər tərəfdən, Ermənistan iqtisadiyyatının əsas gəlir mənbəyi dağ-mədən sənayesidir. Onlar dağ-mədən sənayesi ilə həm Azərbaycanın işğal olunmuş ərazilərindən, həm də dövlət sərhədinə yaxın Ermənistan ərazilərindən hasil edilən məmulatlar hesabına xeyli gəlir əldə edir. Azərbaycanın apardığı uğurlu əməliyyatlar nəticəsində hər iki ərazidə hasilat dayanıb ki, bu da Ermənistanı əsas gəlir mənbəyindən məhrum edir. Beləliklə, Ermənistan hökuməti nə hərbi, nə də iqtisadi cəhətdən Azərbaycanla müharibə aparmaq gücündədir. Təbii ki, bütün bunlar Qarabağ münaqişəsinin, hərbi əməliyyatların gedişinə təsirsiz ötüşmür.

Azərbaycan Müdafiə Nazirliyinin son məlumatlarından biri də qeyd edilənləri təsdiq edir. Burada qeyd edilir ki, Azərbaycan ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir: "Məlum olub ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir. Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə çatdırmaqdan imtina edirlər". Bunlar da, öz növbəsində, hərbi əməliiyatların nəticələrinə birbaşa təsir edir. Bu halda Ermənistan  ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının prosesə müdaxilə etməsinə nail olmaq istəyir. Lakin qeyd edilən istiqamətdə cəhdlər iflasla nəticələnib. Bu səbəbdən yaxın tezlikdə Azərbaycanın güc yolu ilə istəyinə nail olacağı şübhəsizdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ