Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Azərbaycan Ordusunda düşməni lərzəyə salan silahlar məsələsi…

Image


Azərbaycan ordusunun uğurla davam edən hərbi əməliyyatlarının yaxın tezlikdə qələbə ilə sonuclanağına artıq heç bir şübhə yoxdur. Bütün bunlar, öz növbəsində, ekspertlərin fikrincə, Ermənistan daxilində siyasi hadisələrin də gedişinə təsir edəcək.

Söhbət ilk növbədə Nikol Paşinyan iqtidarının devrilməsindən gedir. Artıq Paşinyana müxalif olanlar bunun üçün arqumentlər də əldə edib. Axı, məlum hərbi əməliyyatlar məhz Paşinyanın avantüraları üzündən başlanıb. Deməli, məğlubiyyətə görə də məhz o cavab verməlidir.

İndilikdə görünən budur ki, rəqibləri bu xüsusda müəyyən hazırlıq işlərinə də başlayıb. Ermənistan mediası isə yazır ki, Paşinyan üçün daha bir problem müharibəni davam etdirmək gücündə olmamasıdır. Ölkənin iqtisadi və hərbi resursları buna imkan vermir. Belə vəziyyətdə Azərbaycanın yeni silahlar almağa hazırlaşması fonunda ölkəmizin üstünlüyünün daha da artması proqnozlaşdırılır. Bu da Ermənistanın və beləliklə, Paşinyanın məğlub duruma düşməsini qaçılmaz edir. Türkiyənin “Yeni Şəfəq” qəzeti məhz belə bir vaxtda məlumat yayıb ki, Azərbaycan Türkiyə PUA-ları sayəsində Qarabağdakı döyüşlərdə hava üstünlüyünə tam sahiblənib. Qəzet hazırda Azərbaycan Ordusunun arsenalında “Bayraqdar” TB2 PUA-larının olduğunu və Azərbaycanın bu sıraya "T-129 ATAK" helikopterləri və “Altay” tanklarını qatmaq istədiyini bildirib. Məlumata görə, Türkiyənin “Bayraqdar” PUA-ları Türkiyə-Ermənistan sərhədinə iyul ayında yerləşdirib. Bölgədə izləmələrə başlayan PUA-lar Ermənistanın xüsusi olaraq diqqətini cəlb edib. Nəticədə Tovuz təxribatından sonra Ermənistan ordu nümayəndələrinin təşkil etdiyi toplatıların birində “Bayraqdar” TB2-nin görüntüsü əsas mövzuya çevrilib. Qəzet, həmçinin” fevralın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda keçirilən 8-ci Ali Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iki ölkə arasında hərbi maliyyə əməkdaşlıq anlaşmasının imzalandığını bildirib. Məhz bu razılaşma əsasında Türkiyə Azərbaycana 200 milyon lirəlik maliyyə dəstəyi göstərib.

Azərbaycanın bu anlaşmadan sonra hərəkətə keçdiyi və Türkiyədən bir sıra silahları almaq istədiyi vurğulanıb. Belə ki, indiyə qədər Azərbaycanın Türkiyədən 6 ədəd “Bayraqdar” TB2 PUA-ları aldığı qeyd edilib. Bundan başqa, “Altay” tankları və "T-129 ATAK" helikopterləri üçün də tərəflər arasında danışıqların aparıla biləcəyi iddia olunub. NATO üzvü olan Türkiyənin bu silahları Azərbaycana verməsində heç bir problem olmadığı yazılıb. Buna səbəb kimi adıçəkilən silahların Türkiyənin öz istehsalı olması göstərilib. Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akarı qəbul edərkən də prezident İlham Əliyev bu xüsusda maraqlı fikirlər səsləndirib. Belə ki, prezidentin sözlərinə əsasən, yaxın zamanlarda Türkiyə, bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də Azərbaycanın bir nömrəli tərəfdaşı olacaq: “Bizim bütün sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də işbirliyimiz, əməkdaşlığımız sürətlə inkişaf edir. Sirr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı var və biz də bu potensialdan faydalanırıq. Biz çox sevinirik ki, Türkiyə bu gün ən müasir silahlar, hərbi texnika istehsal edir. Biz əlbəttə ki, bu günə qədər olduğu kimi, bundan sonra da bu imkanlardan faydalanmaq istəyirik. Əminəm ki, yaxın zamanlarda Türkiyə, bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaq. Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir. Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu həqiqətdir. Bu həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda biz – iki qardaş ölkə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndirdik”.

Qeyd edək ki, son illər ərzində Türkiyə hərbi sənayedə bir çox uğurlara imza atıb. Qeyd edək ki, Azərbaycan indiyədək Türkiyədən 122 millimetr çaplı “T-122 Sakarya" reaktiv atəş sistemləri, “Qasırğa” raketləri, ROKETSAN şirkətinin istehsalı olan TR-107 artırılmış mənzilli raketləri və digər silahlar alıb. Özü də bunlar kifayət qədər mükəmməl silahlardır. Ölkəmiz Türkiyədən "T-129 ATAK" tipli hücum vertolyotu alınmasına da çox maraq göstərir. Xatırladaq ki,  Türkiyə və İtaliyanın ortaq layihəsi olan "T-129 ATAK" hərbi helikopterlərinin sürəti saatda 300 kilometrə çatır, hər cür hava şəraitində, gecə və gündüz uçuş həyata keçirə bilir. Helikopter həm də Türkiyə istehsalı olan kompyuter sistemi ilə təchiz edilib. Helikopterin 42 fərqli avionika və silah sistemi Türkiyə şirkətləri tərəfindən istehsal olunur. Ekspertlər bildirir ki, "T-129 ATAK" döyüş helikopterlərinin alınması Azərbaycan hərb aviasiyasını daha güclü hala gətirəcək. Azərbaycan Silahlı Qüvvələri dost Türkiyədə istehsalı başlamış ən yeni "Altay" tankına diqqət yetirir. Məlumat üçün qeyd edək ki, “Altay” Cənubi Koreyanın “K2” tankının müasirləşdirilmiş formasıdır. Tankda “Qara panter”in 60% -dək texnologiyalarından istifadə edilib. Qeyd edək ki, Koreyanın “K2” tankının imkanları asanlıqla Çin, yaxud Şimali Koreyanın döyüş meydanına çıxara biləcəyi istənilən texnikanı geridə qoyur. Tankda istifadə olunan möhkəm zirehin tərkibi naməlum qalır. “K2” tankının qorunma və əks-hücum mexanizmi mükəmməldir. Bir növ M1A2 markalı ABŞ tankına bənzəyir, amma çəkisi qat-qat yüngüldür. Tank özü avtomatik şəkildə insan müdaxiləsi olmadan hədəfi müəyyən edə və vura bilir. Hədəflər sırasına təkcə maşınlar yox, helikopterlər də daxildir. Düşmənin canına qorxu salan "Altay" isə Türkiyənin hazırladığı 3-cü nəsil müharibə tankıdır. Uzun müddət dizayn mərhələsində olub. Hər cür şəraitdə istifadəsi mümkün olan tank NATO hərəkatının standartlarına uyğundur. O, modern tanklardakı ən yeni texnologiyalarla təchiz edilib. Üstün atəş gücü və hədəfi dəqiq vurma, yüksək hərəkət qabiliyyətinə malikdir. Onun üzərində bir çox fərqli sursatdan ata bilən 120 millimetrlik 55 kalibrlik top var. Atış nəzarət sistemi sayəsində hərəkətdə olan hədəfləri belə yüksək dəqiqliklə vurur. Bundan başqa, bu hərbi texnikada hər cür təhlükədən qoruyan zireh heyətə kimyəvi, bioloji, radioaktiv və nüvə təhdidlərinin belə olduğu şəraitdə çalışmağa imkan verir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ