Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Azərbaycanın ən yeni Vətən müharibəsinə diasporumuzun fəal və mütəşəkkil dəstək hərəkatı…

Image


Azərbaycan hazırda tarixinin ən yeni Vətən müharibəsini aparır. Biz kiminsə ərazisinə göz dikməmişik. Ərazilərimizi işğal edən düşməndən təmizləyirik. Bu şərəfli müharibədə bütün Azərbaycanın səfərbər olduğunu görürük.

Hamının ürəyi ordu ilə döyünür, bütün əhali cəbhədən gələn sevincli xəbərləri səbrsiliklə gözləyir. Xaricdə yaşayan soydaşlarımızın da, bu istiqamətdə fəallığını görürük. Onlar da hər an vətənimizə dəstək olmağa hazırlıqlarını bildirirlər.  Diasporumuzun son günlər ərzində ciddi fəallığı nəzərə çarpır. Öz növbəsində, ölkəmizin diasporumuzdan da müəyyən gözlətilərinin olduğunu görürük. 

  • Diaspor nümayəndələrimizdən həssaslıq tələb olunur

Diasporla İş üzrə Dövlət Komitəsinin bu gərginliyin fonunda xaricdə yaşayan soydaşlarımıza etdiyi müraciətə diqqət edək:

“Əziz həmvətənlər, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Hazırda Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirləri həyata keçirir. Azərbaycan Ordusu qüdrətlidir, Ermənistanın hərbi təxribatlarına layiqli cavab verməyə və işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə hazırdır.

Xaricdə yaşayan azərbaycanlılara müraciət edərək, sosial şəbəkədə, elektron media və digər kütləvi informasiya vasitələrində rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq.

Əziz diaspor nümayəndələri, bizə daxil olan müraciətlərdən cəbhəboyu zonada baş verənlərdən nə qədər narahat olduğunuzu başa düşürük və bildiririk ki, xaricdə yaşayan hər bir soydaşımız Ermənistanın təxribatçı hərəkətlərinin, eləcə də Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında, yaşadıqları ölkələrin ictimaiyyətinin doğru məlumatlandırılmasında fəallıq göstərməli, hazırda cəbhədə baş verənlərlə bağlı səhih məlumatların yayılmasında yaxından iştirak etməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu gün xalqa müraciətində deyildiyi kimi: “Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!”.

  • 147 diaspor təşkilatı ordumuz və dövlətimizə dəstəkdir...

Cəbhədə baş verən gərginliyin  bütün dünya ölkələrindəki  diasporumuzu  ciddi narahat etdiyinin şahidi oluruq. Təsadüfi deyil ki,  Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən 147 diaspor təşkilatı birgə bəyanat yayaraq ordumuza və dövlətimizə dəstəyini ifadə edib.

Bəyanatda deyilir:

"Biz – xarici ölkələrdə yaşayan azərbaycanlılar və Azərbaycan diaspor təşkilatları təəssüf hissi ilə bəyan edirik ki, 27 sentyabr 2020-ci il saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bu, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə mülki əhalinin və obyektlərin atəşə tutmasının qəsdən və hədəflənmiş növbəti təxribatıdır. Ermənistan işğalçı qüvvələrinin təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Mülki əhalinin qəsdən hədəfə alınması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının kobud surətdə pozulmasıdır. Ümumilikdə isə, 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı, eləcə də 2020-ci ilin iyulunda - bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda törədilmiş Tovuz təxribatı Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəfə almasının bariz nümunələridır.

BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi bir şəraitdə Ermənistan öz hərəkətləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə zidd münasibətini və beynəlxalq ictimaiyyətə hörmətsizliyini bir daha nümayiş etdirir.

Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatı dünyaya bir daha ermənilərin işğalçı olduğunu göstərdi. ABŞ Konqresi də Ermənistanı işğalçı ölkə kimi səciyyələndirdi. Bütün bunlardan sonra Ermənistan işğal etdiyi ərazilərdə Cenevrə Konvensiyasının tələblərinə və beynəlxalq hüquqa zidd olaraq qanunsuz məskunlaşdırmalar aparır, Livan, Suriya kimi müxtəlif ölkələrdən terrorçular işğal edilmiş ərazilərə cəmləşdirilir.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006-cı və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə,  BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini və təxribatçı hərəkətlərini davam etdirməsi beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən kəskin şəkildə pislənilməlidir.

Biz dünya dövlətlərinə, beynəlxalq təşkilatlara müraciət edərək regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətinə işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsi üçün təsir göstərməyə çağırırıq.

  • Xaricdəki soydaşlarımız aktiv təbliğatçı rolunda...

Biz şahidi oluruq ki, xaricdə yaşayan azərbaycanlılar, yaşadıqları ölkələrdə müəyyən mövqeyə sahib olan soydaşlarımız sosial şəbəkə hesablarından Azərbaycana və ordumuza dəstək nümayiş etdirirlər.

Onların bir qisminin paylaşımlarını təqdim edirik:

Türkiyədə yaşayan dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl sosial şəbəkə hesabında  “Qarabağ Azərbaycandır!” yazısı ilə  şəkil paylaşaraq Azərbaycana dəstək nümayiş etdirib. Növbəti paylaşımında isə o, “Instagram” izləyicilərinə müraciət edib:

“Azərbaycan öz ərazisində ərazi bütövlüyü uğrunda müharibə aparır. Bu sizin torpaqlarınızda baş versəydi nə edərdiniz?”.

ABŞ-da yaşayan soydaşımız, şair, yazıçı, filologiya elmləri doktoru YUNESKO-nun Fəxri Mədəniyyət Səfiri Aleksandr Səlimov şəxsi sosial hesabında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə aparan ordumuza dəstək nümayiş etdirib. O, şəxsi twitter hesabında yazır:

“Azərbaycan işğal edilmiş Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan və digər işğal olunmuş ərazilərinin azad olunması uğrunda mübarizə aparmağa məcbur idi. Azərbaycanın yanında olun!”

Qeyd edək ki, Aleksandr hazırda Delaver Universitetində İspaniya və Latın Amerikası ölkələri ədəbiyyatından dərs deyir. 2008-2010-cu illərdə Delaver Universitetinin senatoru seçilib, 2010-2012-ci illərdə isə Delaver Universiteti Senatının prezidenti olub.

Türkiyənin Adana şəhərində yaşayan, Çukurova Universitetinin Teatr bölümünün rəhbəri, Azərbaycanın Xalq artisti Cahangir Novruzov da sosial şəbəkə hesabında Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması naminə ədalətli mövqeyini dəstəkləyib. O, şəxsi “Instagram” səhifəsində üzərində “Azərbaycan öz ərazisində və ərazi bütövlüyü uğrunda müharibə aparır” yazılmış  şəkil paylaşıb.

Rusiyada yaşayan azərbaycanlı jurnalist Səadət Kadırova da sosial şəbəkə hesabında Azərbaycana dəstək olduğunu nümayiş etdirib. Onun fikirləri bu sözlərlə başlayıb : “Azərbaycan cəmiyyəti heç vaxt əvvəlki kimi olmayacaq…”

  • “Azərbaycan uğrunda  ölməyə hazır olan soydaşlarımızın çoxluğu bizi çox qürurlandırır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının dünya azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə katibi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bugünlər ərzində biz Azərbaycan xalqının özünə xas olan xüsusiyyətlərə uyğun tərzdə davranışlarını müşahidə edirik: “Bilirsiniz ki, bizim xalq dar gündə birlikdə olmağı, bütün umu-küsüləri kənara qoymağı bacarır.  Hazırda Vətənimiz üçün olduqca həlledici mərhələdir. Biz yağı düşməni öz ərazimizdən qovmaq üçün zorla bu müharibəyə təhrik edilmişik. Azərbaycan ordusunun əks həmlələri nəticəsində çox sevindirici xəbərlər alırıq.  Belə həssas mərhələdə bütün vətəndaşlarımızla yanaşı, dünyada olan azərbaycanlılar da bizimlə yumruğu bir nöqtəyə vurmalıdır. Bilirsiniz ki, Azərbaycanda hərbi vəziyyət elan olunub. Zəruri tələblərə görə sosial şəbəkələrə girişdə məhdidiyyələr var. Bu səbəbdən də, dünyadakı diaspor nümayəndələrimiz Azərbaycan həqiqətlərini, erməni yalanlarını və ən başlıcası, hazırda baş verən müharibədəki əsl reallıqları doğru-düzgün şəkildə dünya birliyinə çatdırmalıdır. Biz görürük ki, diaspor nümayəndələrimiz bu istiqamətdə ciddi fəallıq nümayiş etdirir və bu bizi sevindirir. Amma bunun miqyasını bir qədər də genişləndirməyə ehtiyac var. Həmin soydaşlarımızın içində çox az sayda fərdlər var ki, bu məsələdə də erməni dəyirmanına su tökür, parçalanma aparamağa çalışır. Bir daha xatırladıram ki, belə məqamda bütün siyasi baxışlar, siyasi mənsubiyyət kənara qoyulmalı, hamı ordunu düşünməlidir. Etiraf etməliyik ki, biz yalnız səngərdə deyil, eyni zamanda dünya çapında sıx təşkilatlanmış və  böyük təcrübəsi olan erməni diasporu ilə də mübarizə aparırıq. Onların informasiya təxribatlarını ifşa etməyin ən böyük yükü məhz xaricdə yaşayan soydaşlarımızın üzərinə düşür. Çoxlu sayda diaspor təşkilatlarının bəyanatları ilə tanış oluruq. Azərbaycan uğrunda ölməyə hazır olan soydaşlarımızın çoxluğu bizi çox qürurlandırır. Onların sıralarında elələri var ki,  heç Azərbaycanda doğulmayıb, ancaq ürəkləri bura ilə, Vətən torpağı ilə döyünür”.

50 milyonluq Azərbaycan xalqının bu birliyi bir daha göstərir ki, yağı düşmən heç vaxt bizim qarşımızda duruş gətirə bilməyəcək.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ