Prezident İlham Əliyevə həm ölkə daxilindən, həm də qardaş Türkiyədən və başqa ölkələrdən müraciətlər ünvanlanır. Türkiyə Respublikasının Ankara şəhərindən ölkə başçısına məktub yazanlardan biri də Yazar Suat Muratoğludur.
“…Mən Türkiyə vətəndaşıyam. Xaraktersiz ermənilərin əməllərini şiddətlə qınayıram. Davanız davam, yolunuz yolumdur. Azərbaycan mənim də ölkəmdir. Lazım gələrsə, Sizin ölkəniz üçün də vuruşmağa, şəhid olmağa tərəddüd etmərəm. Dualarım Sizinlədir. Ehtiyac olarsa, sevə-sevə cəbhəyə getməyə və qardaşlarımla birlikdə vuruşmağa hazıram.
Allah yardımçınız olsun. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza da qısa zamanda şəfa tapmalarını diləyirəm” - deyə Yazar Suat Muratoğlu Prezident İlham Əliyevə müraciətində vurğulayır.
Baki-xeber.com