Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Ermənilər arasında xaos başladı – Paşinyanın istefası tələbləri artır

Image


Ordumuzun zəbt edilmiş ərazilərdə düşmənə qarşı yeni uğurlu hərbi əməliyyatı ermənilər arasında şok effekti yaradıb. Elə bu səbəbdəndir ki, düşmən zəbt edilmiş ərazilərdən qaçır. Erməni tərəfi bunu təxliyyə ilə əlaləndirsə də vəziyyət tamam başqadır.

Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan "Qovorit Moskva" radiosuna müsahibəsində etiraf edir ki, Azərbaycanın əks-hücum həmlələri Ermənistanda və Dağlıq Qarabağda yaşayan ermənilər arasında ciddi təlaşa səbəb olub. Erməni səfir bildirib ki, İrəvanda Dağlıq Qarabağ əhalisinin təxliyəsi planı üzərində iş gedir: "Ermənistan bölgədə vəziyyətin gərginləşməyə davam etməsi halında Dağlıq Qarabağ əhalisinin təxliyəsi üçün humanitar dəhlizlərin təşkili imkanlarını nəzərdən keçirir. Bu cür məsələlər nəzərdən keçirilir. Lakin ümid edirik ki, iş bu yerə gəlib çatmayacaq".

Rusiyanın “İzvestiya” qəzetinin bölgəyə ezam olunmuş müxbiri isə qeyd edir ki, işğal olunmuş Dağlıq Qarabağın Xankəndi şəhərində ermənilərin özbaşına təxliyəsi həyata keçirilir. Onun sözlərinə görə, insanlar kütləvi şəkildə İrəvana göndərilir: “Onları dərhal göndərirlər. Təxliyə olunanların İrəvanda heç bir qohumu və qalacağı yer yoxdur. Ancaq onlara orada mütləq qarşılanacaqlarını vəd edirlər. Amma onları elə-belə göndərirlər. Erməniləri sakitləşməyə çağıran separatçıların rəhbəri Araik Arutyunyanın müraciəti də heç bir effekt vermir”. Rusiyalı ekspert  Yevgeni Norin bunları təbii sayır: “Azərbaycan 90-cı illərdə atəşkəsdən sonra öz silahlı qüvvələrinə çox böyük pullar yatırıb. Ermənistan Azərbaycandan xeyli kasıbdır, onun hərbi büdcəsi xeyli azdır. Üstəlik, Azərbaycanın Türkiyənin qismində güclü xarici dəstəyi var, hansı ki, bu ölkənin dəstəyi əvvəllər daha az ifadə olunurdu. Üzücü müharibədə ermənilərin vəziyyəti kifayət qədər mübahisəli olacaq. Rəqibləri onlardan maddi-texniki baxımdan üstündür, özü də dəfələrlə”. Elə Madagizdəki erməni ordusunun tamamilə demoralizə olunması da rus ekspertin dediklərinin təsdiqidir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı  bu xüsusda bildirib ki, Azərbaycan ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb. "Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər". Yevgeni Norin isə qeyd edir ki, Qarabağdakı yeni münaqişənin gedişatı yaxın vaxtlarda aydınlaşacaq: “İndi situasiya çox dayanıqsızdır. Çox güman ki, Azərbaycan ordusu daha çox öz üstünlüyündən istifadə edib erməni mövqelərinin tədricən əzilməsini həyata keçirəcək. Onlar, çox güman ki, Amerika ordusunun İraqdakı üslubunda olduğu kimi tank kalonu ilə Xankəndiyə girməyəcəklər. Bu müharibədə, daha çox, Azərbaycan ordusu öz üstün atəş gücü ilə erməni ordusunun əzilib məhv edilməsini həyata keçirəcək”. Digər rusiyalı ekspert Andrey Zorin isə qeyd edib ki, bu müharibə çoxdan gözlənilirdi. Çünki Ermənistan Azərbaycan ərazisinin beşdə birini işğal edib. Münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlar isə nəticəsiz qalıb.

Sosial şəbəkələrin erməni seqmentindən məlum olur ki, ermənilər təşviş içindədir. Onlar Paşinyanın istefasını tələb edir, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyanın yaydığı məlumata skeptik yanaşır və itkilərin açıqlanmamasına biganə qalmırlar. Bu da erməni tərəfində panikanı daha da artırır. Beləliklə, görünən budur ki, Azərbaycan ordusu erməni təxribatlarının qarşısını çox məharətlə alır və bir neçə yaşayış məntəqəsi, strateji yüksəkliklər və postlar erməni işğalçılarından azad olunub. Bu fonda işğal olunmuş ərazilərdə, Ermənistan daxilində çox ciddi təşviş var, həm hərbçilər, həm də mülki şəxslər mövqelərini, yaşadıqları yerləri qaçaraq tərk edir. Halbuki, onlardan fərqli olaraq, xalqımızda çox böyük ruh yüksəkliyi var və hər bir Azərbaycan vətəndaşı bir əsgər kimi bu savaşa hazırdır.

Samirə SƏFƏROVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ